USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qabrelyanov yenə Paşinyanı aşağıladı: ...ölümünə qorxmuş, batırmış Nikolu zirzəmidən çıxarıb...


  • Dünya
  •  15:32 17.02.2021
  •  305
https://img.baki-baku.az/news/2021/02/photo_2900.jpg

Erməni əsilli tanınmış media maqnat, "İzvestiya" qəzetinin sahibi Aram Qabrelyanov Ermənistanın baş naziri Nikol Paşinyana ünvanlanan təhqirləri, aşağılayıcı ifadələri ilə vaxtaşırı gündəmə gəlməkdədir. "Baki-Baku.az" xəbər verir ki, Qabrelyanov yenə də özünün teleqram kanalında köhnə ampluasına sadiqlik nümayiş etdirib. O, baş naziri siçana bənzədib. Media maqnat Paşinyanın mühafizə dəstəsindən aldığını iddia etdiyi bilgisi isə aşağıdakı kimidir:

"2020-ci ilin oktyabrında Paşinyan özünü dahi ali baş komandan kimi göstərməyə çalışıb. Sünikdəki dövlət müəssisələrinin birində böyük iclas keçirib. Pafosla çıxış edərək Sünikin müdafiəsi ilə bağlı danışıb. Hər şey həmişə olduğu kimi olub - çoxlu mənasız emosiyalar, təriflər. Birdən pilotsuz uçuş aparatının qorxunc səsi eşidilib. Nikol dəhşətə gəlib və Mixail Saakaşvili kimi  qorxuya düşüb. Paşinyan "zirzəmi haradadır?" deyə qışqırmağa başlayıb. Ardınca qarşısına çıxan qadınları və kişiləri itələyərək daldananacaq yerə qaçıb. Elə qaçıb ki, mühafizə güclə onun arxasınca çatdırıb. Nikol siçan kimi daldalanacaq yer tapıb və yalnız bunu deyib: xilas edin, kömək edin. Mühafizəçilər ona ikrahla baxıblar. Beş dəqiqədən sonra PUA-nın səsi kəsilib. Lakin Nikol mühafizənin üstünə qışqırıb ki, aviasiya çağırsın, havanı yoxlasın. Yalnız saat yarımdan sonra ölümünə qorxmuş, batırmış, titrəyən Nikolu zirzəmidən çıxarıb, maşına qoyub, güllə keçirməyən jilet geyindirərək Yerevana aparıblar", - deyə Qabrelyanov bildirib. 




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Dünya