USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Cavuşoğlu ABŞ-ın dövlət katibi ilə telefonla danışıb


  • Dünya
  •  23:59 15.02.2021
  •  266
https://img.baki-baku.az/news/2021/02/photo_2866.jpg

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Entoni Blinken ilə telefonla danışıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib. 

Qeyd olunub ki, Cavuşoğlu ABŞ-ın dövlət katibini yeni vəzifəyə təyin olunması ilə əlaqədar təbrik edib. 

Nazirlər iki ölkə arasında əlaqələr, FETÖ, PKK/PYD mövzusu, terrorla mübarizə, “S-400” və bəzi regional məsələlər - Suriya, Şərqi Aralıq dənizi ilə bağlı müzakirələr aparıblar.

Çavuşoğlu ABŞ-ın PKK terrorçuları tərəfindən qətlə yetirilən 13 Türkiyə vətəndaşı ilə əlaqədar açıqlamasından narahatlığını ifadə edib.

Hər iki nazir yaxın gələcəkdə gündəmdə olan mövzuları daha ətraflı şəkildə müzakirə etmək üçün bir daha danışıqlar aparacaqlarını bildiriblər.

Qeyd edək ki, “CNN-Türk”ün Türkiyə XİN-in diplomatik nümayəndələrinə istinadla verdiyi məlumata görə, ABŞ Dövlət katibi 13 Türkiyə vətəndaşının qətlində PKK-nın məsuliyyət daşıdığını bildirərək, ölkəsinin öncə bu məsələ ilə bağlı verdiyi açıqlamadakı “əgər 13 Türkiyə vətəndaşının qətliamı doğru isə” ifadəsinə görə üzürxahlıq edib.




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Dünya