USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ərdoğan ABŞ prezidentinə: "Cənab Bayden, PKK terror təşkilatını yaxşı tanı, FETÖ-nun cinayətkar əməllərini də unutma"


  • Dünya
  •  15:59 15.02.2021
  •  264
https://img.baki-baku.az/news/2021/02/photo_2860.jpg

“ABŞ tərəfindən qətliamla bağlı açıqlama verilib. Bəs siz terrorçuların yanında deyildiniz? Bəs siz PKK-nın yanında deyildiniz? Bəs siz YPG-nin yanında deyildiniz? Terrorçuların yanındasınız və arxasındasınız”. 

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Təəssüf ki, bunu lap əvvəldən görmüşük. Bunlar İraqın şimalına minlərlə “TIR” tank, silah-sursat gətiriblər və bu silah-sursatı terrorçulara təhvil veriblər. Bu terrorçularla bizim təhlükəsizlik xidmətimiz mübarizə aparıb, döyüşüb. İndi vəziyyətdən qaçış yoxdur. Əgər NATO ilə müttəfiqliyimizi davam etdirəcəyiksə, bizə qarşı səmimi olacaqsınız. Terrorçuların yanında durmayacaqsınız”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan ABŞ Prezidenti Co Baydenə də müraciət edib.

“Cənab Bayden, PKK terror təşkilatını yaxşı tanı, FETÖ terror təşkilatının cinayətkar əməllərini də unutma”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, dünən Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Qara əməliyyat bölgəsində PKK/YPG-ya qarşı apardığı “Pəncə Qartal-2” hərəkatında terrorçuların mağarasından 13 günahsız Türkiyə vətəndaşının meyitinin aşkarlandığını bildirib. Altı il əvvəl girov götürülən həmin şəxslər arasında Türkiyənin müdafiə və daxili işlər nazirliklərinin əməkdaşları da var.

“Şəhidlərimizin qanı yerdə qalmayıb, son hərəkat zamanı 53 terrorçu zərərsizləşdirilib”, - deyən Türkiyə Prezidenti əlavə edib ki, Türkiyə ordusu zaman və məkan sərhədi tanımadan ölkənin ehtiyac duyduğu, millətin təhlükəsizliyi üçün vacib olan hər hərəkatı öz imkanları ilə reallaşdıracaq səviyyəyə çatması ilə qürur duyur. "Hər ötən il daha da inkişaf edən təchizatı, texnologiyası və insan gücü ilə Türk Ordusunun qarşısında dura biləcək terror qruplaşması yoxdur. Son hərəkatda bu həqiqəti gördük”, - deyə Ərdoğan vurğulayıb.




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Dünya