USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Vazgen Manukyandan mitinqə cağırış bəyanatı: "...Sünik artıq bizim deyil"


  • Dünya
  •  17:05 11.02.2021
  •  314
https://img.baki-baku.az/news/2021/02/photo_2829.jpg

Ermənistanın "Vətənin xilası naminə" müxalif qüvvələr birliyinin baş nazir postuna vahid namizədi Vazgen Manukyan xalqı və ölkənin müxalifət qüvvələrini fevralın 12-də saat 15.00-da Yerevandakı Azadlıq meydanında mitinqə çağıran bəyanat yayıb. "Baki-Baku.az" xəbər verir ki, ölkə mediası sənədi təcili bəyanat olaraq qiymətləndirib. 

Bəyanat "Əziz xalq, səni hipnozlaşdırıblar, oyan!" ifadəsi ilə başlayır. Orada bildirilir ki, hakimiyyət Sünik vilayətində müxtəlif məsələlərin işıqlandırılması üçün Ermənistanın milli təhlükəsizlik orqanlarından icazə alınmasının vacibliyi ilə bağlı qərar qəbul edib. "Dünən isə məlum oldu ki, gizli sənəd var. O sənəddə Sünikin sərhədləri və ondan keçən kommunikasiyalar məsələsində Ermənistanın maraqlarına ziyan vurulur. Daha hansı gizli və qanusuz sənədlər imzalanacaq, hələlik məlum deyil. Vaxt keçəcək, biz 9 noyabr 2020-ci il gecəsi olduğu kimi bir dəfə ayılıb biləcəyik ki, Sünik artıq bizim deyil. Yada salın ki, müharibə başlayanda, oktyabrın 8-də hökumət həqiqətləri deməyə qadağa qoymuşdu. Nəticədə 44 gün bizi aldatdılar. Doğrunu deyənləri isə təqib etdilər, daşladılar", - deyə bəyanatda vurğulanıb. 

Manukyan bəyanatında həmçinin bildirib ki, ötən il noyabrın 9-da xalqı nəzərə almadan kapitulyasiya sənədi imzalanıb. Bu, 44 gün "qalib gələcəyik" deyə aldadılan erməni xalqı üçün qorxunc zərbə idi. "İndi bizim vətənimizin əhəmiyyətli hissəsi yoxdur. 5 mindən artıq ölümüz, 10 mindən çox yaralımız, yüzlərlə əsir, minlərlə itkin düşmüş var. Bizim ordumuz yoxdur. Ondan qalan nə varsa, hər gün sübut edir ki, o da mövcud deyil. Ermənistan hər gün daha da azalır, torpaqlarımızla başqaları məşğul olur. Vəziyyəti düzəltmək yolunda əmin olduq ki, polisimiz də yoxdur. Çünki o, indiki hakimiyyətə, Azərbaycanın və Türkiyənin maraqlarına xidmət edir. Əcdadlarımızın bizə böyük zəhmət və qurbanlar bahasına qoyduğu mirası itirmişik və itirməkdə davam edirik. Əziz xalq, səni hipnozlaşdırıblar. Gələcək nəsillər bizi lənətləyəcək. Xalq oyan və ölkənin gələcəyini öz əlinə götür, əks halda bunu Türkiyə və Azərbaycan bu hakimiyyətin əli ilə edəcək. Siyasi partiyalardan addım atmaq gözləməyin. Bütün milli siyasi qüvvələr sizinlədir. Ancaq məhz siz ölkənin gələcəyini həll edirsiniz. Sabah, fevralın 12-də saat 15.00-da Azadlıq meydanına dəvət edirəm. Gəlin, müəyyənləşdirək nə edirik? Biz gözümüzün qarşısında vətəni itiririk", - deyə Manukyan vurğulayıb.




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Dünya