USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ABŞ prezidenti ilə ÇXR-in sədri arasında ilk telefon danışığı olub


  • Dünya
  •  11:52 11.02.2021
  •  257
https://img.baki-baku.az/news/2021/02/photo_2812.jpg

ABŞ prezidenti Co Bayden və Çin Xalq Respublikasının sədri Si Tsinpin arasında telefon bağlantısı baş tutub.

APA TASS-a istinadən xəbər verir ki, Bayden prezidentlik fəaliyyətinə başladıqdan sonra Çin lideri ilə yaratdığı ilk telefon danışığında yeni növ koronavirusun yayılmasına qarşı mübarizə, iqlim dəyişikliyi və dünyada silahların yayılmasının qarşısını alınması məsələlərini müzakirə edib. Bu barədə Ağ Evin tərəfindən yayımlanan yazılı açıqlamada qeyd olunub.

Açıqlamaya görə, “iki lider COVID-19 pandemiyasına qarşı mübarizə, səhiyyə sahəsindəki qlobal təhlükəsizlik, iqlim dəyişikliyi və silahların yayılmasının qarşısının alınması ilə bağlı fikir mübadiləsi aparıblar”.

Ağ Evin məlumatında, həmçinin bildirilir ki, “ABŞ prezidenti Honkonq, Sintszyan-Uyğur Muxtar Rayonu (XUAR) və Tayvandakı vəziyyətdən narahatlığını dilə gətirib”.

“Prezident Bayden təhlükəsizliyin təmin olunmasının, Amerika xalqının firavanlığının, sağlamlığının və həyat tərzinin qorunmasının, eləcə də Hind-Sakit okean regionunda açıq məkanın qorunmasının prioritet cəhətlərini çatdırıb. Prezident Bayden Pekinin məcburi və ədalətsiz iqtisadi təcrübəsi, Honkonqdakı repressiyalar, Sintszyanda insan haqlarının pozulması və ÇXR-in bölgədə, o cümlədən Tayvanla münasibətdə getdikcə artan aqressiv hərəkətləri ilə əlaqədar dərin narahatlığını vurğulayıb”, - deyə Ağ Evin açıqlamasında bildirilib.

Amerika lideri, həmçinin “Ay təqvimi üzrə Yeni il münasibətilə Çin xalqına təbriklərini və xoş arzularını çatdırıb”.

ABŞ lideri ÇXR-in sədri ilə söhbətini özünün “Twitter” səhifəsində də şərh edib: “Ona dedim ki, bunun Amerika xalqına faydasının olacağı vaxt Çinlə işləyəcəm”.




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Dünya