USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Necə oldu ki, Yeltsin Putini varis seçdi? Rusiyanın birinci prezidentinin köməkçisi aydınlıq gətirir


  • Dünya
  •  15:37 10.02.2021
  •  283
https://img.baki-baku.az/news/2021/02/photo_2806.jpg

Rusiyanın birinci prezidenti Boris Yeltsin Vladimir Putini böhrandan sonra özünün varisi seçdi. Ona "əldə edilmişləri saxlayan" adam lazım idi. "Baki-Baku.az" "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiyanın birinci prezidentinin köməkçisi olmuş politoloq Georgi Satarov "Vətəndaş maarifləndirməsi məktəbi" youtube kanalına müsahibəsində bildirib. 

G.Satarov bildirib ki, Yeltsin 1996-cı ildə özünə seçkidə iştirak edəcək varis hazırlamamışdı və buna görə əzab çəkirdi. "1995-ci ilin əvvəlində Lyudmila Pixoya ona "Boris Nikolayeviç, siz prezident seçkilərində iştirak edəcəksiniz?" sualı ilə müraciət edəndə "əgər kommunistləri məğlub edəcək güclü namizəd olmasa, iştirak etməli olacam" cavabını vermişdi", - deyə Satarov vurğulayıb. 

Satarov həmçinin bildirib ki, 1998-ci il defoltu Yeltsin üçün böyük şok oldu. Əgər buna qədər prezident düşünürdüsə ki, varis Nemçov kimi biri olmalıdır, böhrandan sonra qərara gəldi ki, varis əldə edilmişləri saxlayan adam olmalıdır. O, xidmət adamları içərisində baxış keçirdi, Putin də onların sırasında idi. 

2020-ci ilin avqustunda Belarus prezidenti Aleksandr Lukaşenko bildirmişdi ki, Yeltsin Putini varis seçməkdə təəssüflənibmiş. Onun sözlərinə görə, Boris Nikalayeviç Putinin bütün məsələlərdə onun yanına qaçacağını, məsləhət alacağını düşünürmüş. "Ancaq bu, mümkün deyildi. Putin üçün qəbul edilməz idi", - deyə Lukaşenko vurğulamışdı. 

Qeyd edək ki, B.Yeltsin 1991-ci ildən 1999-cu il dekabrın 31-dək Rusiyaya rəhbərlik edib. Məhz bu tarixdə o, istefa verdiyini və o zaman baş nazir olan Federeal Tədqiqatlar Bürosunun keçmiş direktoru Vladimir Putini prezident vəzifələrini icra edən təyin etmişdi.




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Dünya