USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qarabağ müharibəsi və Ermənistandakı acınacaqlı demoqrafik vəziyyət - Dövlət Komitəsi rəqəmlər açıqladı


  • Dünya
  •  12:52 10.02.2021
  •  257
https://img.baki-baku.az/news/2021/02/photo_2799.jpg

Son illərdə ilk dəfə olaraq Ermənistanda ölənlərin sayı doğulanların sayını üstələyib. 

2020-ci ildə anadan olanlar 36448 nəfər təşkil edirdisə, ölənlərin sayı 35371 nəfər olub. "Baki-Baku.az" xəbər verir ki, bu barədə məlumat yayan Ermənistanın Dövlət Statistika Komitəsi İkinci Qarabağ müharibəsində həyatını itirənlərin dəqiq sayı barədə məlumata malik deyil. 

Komitə bildirir ki, 2018 və 2019-cu illərdə dünyaya gələnlərlə həyatını itirənlər arasında fərq birincilərin xeyrinə 10 min olurdu. 2020-ci ildə demoqrafik enişi şərtləndirən iki əsas amil var - koronavirus və müharibə. Rəsmi rəqəmlərə görə, ötən il Ermənistanda koronavirusdan ölənlərin sayı 3405 nəfərdir. Maraqlıdır ki, Statistika Komitəsi Qarabağ müharibəsində həlak olanların dəqiq sayını açıqlaya bilmir. Amma buna kişi ölümlərinin sayının çoxalması kontektində diqqət yetirmək mümkündür. Belə ki, 2020-ci ildə 19286 kişi həyatını itirib ki, bu rəqəm 2019-cu ildə 13384 idi. 

Ermənistanın Statistika Komitəsi bildirir ki, ötən il ölkədə nigahların sayında da ciddi azalma var. Əgər 2019-cu ildə 15561 rəsmiləşmiş evlilik qeydə alınmışdısa, 2020-ci ildə bu rəqəm 12179 olub. 

Komitə sonda 2020-ci ildə ölkə əhalisinin ümumi sayına da diqqət yetirib. Bildirib ki, ötən ilin sonunda ölkədə daimi yaşayan əhalinin sayı 2 milyon 964 min nəfər olmuşdusa, 2021-ci ilin əvvəlində bu göstərici 2 milyon 959 min nəfərə enib. 




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Dünya