USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ABŞ Senatı Trampın impiçmentinin konstitusiyaya uyğunluğuna dair qərar qəbul etdi


  • Dünya
  •  12:00 10.02.2021
  •  243
https://img.baki-baku.az/news/2021/02/photo_2795.jpg

ABŞ Senatı eks-prezident Donald Trampın impiçmentini konstitusiyaya uyğun olduğuna dair qərar qəbul edib. "Baki-Baku.az" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu deməyə Konqressin yuxarı palatasında keçirilmiş səsvermənin nəticələri əsas verir. 

İmpiçmentin konstitusiyaya uyğunluğuna 56 senator səs verib ki, onlardan 6-ı Respubliçılar Partiyasındandır. Bununla yanaşı 44 respublikaçı məsələnin əksinə səs verib. Bu onu göstərir ki, həmin 44 senator sonadək Trampın hüquqları uğrunda mübarizə aparacaqlar. Nəzərə alaq ki, növbəti yekun proses kimi keçmiş prezidentə impiçment qərarının çıxarılması üçün 67 senatorun səsinə ehtiyac var. 

Qeyd edək ki, D.Tramp üsyana çağırışda ittiham olunur. Belə ki, onun 6 yanvarda keçirilmiş mitinqdəki çıxışından sonra tərəfdarları Kapitolini əhatəyə alıb, sonra içəri daxil olaraq prezident seçkilərinin nəticələrinə etirazlarını bildiriblər. Bu hadisələrdə 4 nəfər həyatını itirib.  

Onu da bildiririk ki, demokratların say üstünlüyünə malik olduqları Konqressin Nümayəndələr Palatası artıq Trampın impiçmentinə dair qərar qəbul edib. Belə bir durumda ABŞ cəmiyyətində müxtəlif ekspertlər arasında ümumən postunu tərk etmiş prezidentlə bağlı impiçment qərarının çıxarılmasının konstitusiyaya nə dərəcədə uyğunluğuna dair müzakirələr aparılmaqdadır. Çünki indiyədək ölkə tarixində belə hala rast gəlinməyib. 




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Dünya