USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ÜST koronavirusun Uhandan əvvəl başqa yerlərdə yayılması məsələsində nala-mıxa vurur.


  • Dünya
  •  16:47 09.02.2021
  •  335
https://img.baki-baku.az/news/2021/02/photo_2774.jpg?v=MjAyMS0wMi0wOSAxNzoyMToyNA==

Koronavirusun başqa ölkələrdə, o cümlədən İtaliyada Uhandan daha əvvəl yayılması ilə bağlı məlumatlar hələlik təsdiqini tapmır. "Baki-Baku.az" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq missiyasının eksperti Marion Kupmans təşkilatın Uhandakı araşdırmalarının nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib. 

"Biz bir neçə paylaşım görmüşük ki, məsələn, bildirilir ki, İtaliyada virus noyabrın sonu və dekabrda yayılmışdı. Ancaq bunu sübuta yetirmək çox çətindir. Çünki metodologiya təsdiqlənməyib. Onlar virusun mümkün sirkulyasiyasının tam sübutunu təqdim etməyiblər", - deyə Kupmans əlavə edib.

Kupmans bildirib ki, beynəlxalq ekspertlər qrupu pandemiyasnın Uhanda yayılmasının ilkin fazasına fokuslanıblar. Əldə edilmiş məlumatlar tam göstərir ki, dekabrda şəhərdə virus dövr edib. Ekspertlər həmçinin onun digər yerlərdə əvvəl yayılmasına dair materialları da nəzərdən keçiriblər. "Bu informasiya bizim baxdığımız, növbəti addım üçün tövsiyə kimi nəzərdə tutduğumuz bilgilərin bir hissəsidir. Növbəti addım gedib virusun daha əvvəl və başqa yerlərdə dövr etməsi ilə bağlı məlumatlara sübutları tapmaqdır.", - deyə Kupmans vurğulayıb.




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Dünya