USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ÜST pandemiyada mistika axtarır - təşkilat COVID-19-un Uhanda yayılmasını qəti təsdiqləyəcək sübut tapmır


  • Dünya
  •  15:12 09.02.2021
  •  261
https://img.baki-baku.az/news/2021/02/photo_2771.jpg

Sars-Cov-2-nin 2019-cu ilin dekabrından əvvəl Uhanda yayılıb-yayılmadığını müəyyənləşdirmək üçün kifayət qədər sübut yoxdur.

APA-nın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19-un mənşəyini araşdırmaq üçün infeksiyanın ilk yayıldığı Çinin Uhan şəhərinə göndərilən araşdırma missiyası keçirdiyi mətbuat konfransında deyib. 

Tədqiqat qrupunun rəhbəri Dr. Embarek 2019-cu ilin dekabrından əvvəl Uhan və ya digər ərazilərdə COVID-19-la bağlı sübut tapılmadığını söyləyib. Dr. Embarek qeyd edib ki, tədqiqatlarda yeni məlumatlar aşkarlanıb, lakin bu, COVID-19 epidemiyasının mənzərəsini kəskin şəkildə dəyişdirmir.

Dr. Embarek əlavə edib ki, virusun laboratoriyadan sızması fərziyyəsi COVID-19-un yayılması üçün inandırıcı deyil və virusun mənşəyini öyrənərkən bu fərziyyə ilə bağlı əlavə araşdırma olmayacaq.

Tədqiqatçılar bildirib ki, yarasalar və panqolinlər virusun ötürülməsi üçün potensial namizəddir, lakin bu növlərdə tapılan koronavirus nümunələri Sars-Cov-2 ilə eyni deyil.

Tədqiqatçılar qeyd edib ki, yarasaların mağaralarından götürülən nümunələr də indiyə qədər COVID-19-a səbəb olan virusun mövcudluğunu müəyyənləşdirməyə kömək etməyib.




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Dünya