- Daxili siyasət
- 13:27 21.09.2024
ABŞ prezidenti Co Baydenin Aleksey Navalnını həbsdən azad etmək tələbi aqressiv və qeyri-kontruktiv ritorikadır. "Bakı-Baku.az" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Təəssüf ki, bu, çox aqressiv və qeyri-konstruktiv ritorikadır. Hər hansı ultimativ ton bizim üçün qəbul edilməzdir", - deyən Kreml təmsilçisi qeyd edib ki, Rusiya ABŞ-ın gələcək əlaqələr üçün siyasi iradə nümayiş etdirəcəyinə ümüd edir, müxtəlif vacib məsələlərdəki fikir ayrılıqlarına baxmayaraq bunun üçün baza var.