USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rusiyanın Ermənistandakı səfiri Serj Sarkisyanla görüşüb


  • Dünya
  •  16:33 04.02.2021
  •  262
https://img.baki-baku.az/news/2021/02/photo_2720.jpg

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Respublikaçılar Partiyasının sədri, ölkənin üçüncü prezidenti Serj Sarkisyanla görüşüb. "Baki-Baku.az" "panorama.am"a istinadən xəbər verir ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə gerçəkləşib və orada Qarabağ müharibəsi ilə əlaqədar məsələlər müzakirə edilib. 

S.Sarkisyan Rusiyaya atəşkəsin əldə edilməsinə, saxlanılmasına və humanitar problemlərin aradan qaldırılmasındakı köməyə görə təşəkkürünü bildirib. O, eyni zamanda Qarabağ münaqişəsinin tam həlli üçün Moskvanın ATƏT-in Minsk Qrupu çərçivısində səylərini gücləndirməsinin vacibliyini vurğulayıb. Bu xüsusda o, baza prinsiplərini və "Dağlıq Qarabağ xalqının" öz müqəddaratını təyin etməsi məsələsini qabardıb. 

Görüşdə həmçinin hərbi əsirlərin və digər şəxslərin Ermənistana qaytarılması, həlak olmuş hərbçilərin cəsədlərinin axtarılıb tapılması məsələsi də müzakirə edilib. 

Məlumatda həmçinin bildirilib ki, səfir Kopırkinin xahişi ilə Sarkisyan ölkə daxili vəziyyətə və reginda qərarlaşmış yeni siyasi reallıqlara da münasibət bildirib. Ermənistanın üçüncü prezidentinin bununla bağlı nələri söylədiyi açıqlanmır.

Rusiyalı diplomatın da ölkəsinin müzakirə edilən məsələlərə dair baxışını açıqladığı vurğulanıb. Amma burada da Kopırkinin nədən bəhs etdiyi diqqətə çatdırılmır.




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Dünya