USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Narkotika istehsalı ilə böhrandan çıxmaq - Ermənistan hökuməti təzə çıxış yolu tapıb


  • Dünya
  •  15:40 04.02.2021
  •  267
https://img.baki-baku.az/news/2021/02/photo_2719.jpg?v=MjAyMS0wMi0wNCAxNjoxMTo0OA==

Ermənistan hökuməti böhrandan çıxmaq üçün ölkədə sanaye əhəmiyyətli çətənə istehsalına başlamaq niyyətindədir. "Baki-Baku.az" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan deyib. 

T.Avinyan bildirib ki, belə bir təcrübədən Rusiyada, Çində və ABŞ-da istifadə edilir. Onun sözlərinə görə, Nazirlər Kabineti bunun üçün ölkə qanuinvericiliyinə müvafiq düzəlişlər etməyi planlaşdırır ki, sahibkarlar leqal şəkildə texniki məqsədlər üçün çətənə əkib-becərilməsinə başlasınlar. 

Öz növbəsində baş nazir Nikol Paşinyan da bu təşəbbüslə bağlı vətəndaşlara zəruri informasiyanın verilməsinə çağırış edib. Onun fikrincə, maarifləndirilmə aparılması gələcəkdə spekulyasiyaların baş verməsinin qarşısının alınması üçündür. Paşinyan mövcud istiqamətdə risklərin olduğunu, lakin onların idarə edilməsinin mümkünlüyünü diqqətə çatdırıb. 

Qeyd edək ki, marixuananın texniki məqsədlər üçün istifadəsi ilə bağlı keçmiş SSRİ ölkələrində çoxdandır müzakirələr gedir. 2018-ci ildə Litva ondan dərman alınmasını qanuniləşdirib. Estoniya hökuməti isə belə bir məsələyə qarşı çıxıb. Marixuananın leqallaşdırılmasına dair müzakirələr Ukrayna parlamentində də gedir. 




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Dünya