USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ABŞ-ın ölkəmizdəki səfiri Azərbaycanı ərazi bütövlüyünü təmin etməsi münasibətilə təbrikinə görə qınandı


  • Dünya
  •  14:59 04.02.2021
  •  292
https://img.baki-baku.az/news/2021/02/photo_2718.jpg

Fotoda Örl Litzenberq, ABŞ-ın Azərbaycandakı səfiri

ABŞ Konqressinin Nümayəndələr Palatasının xarici əlaqələr komissiyasının üzvü Bred Şerman Birləşmiş Ştatların Azərbaycandakı səfiri Örl Litzenberqə məktub ünvanlayaraq ondan Azərbaycanı ərazi bütövlüyünü təmin etməsi münasibətilə təbrikinə aydınlıq gətirməyi tələb edib. "Baki-Baku.az" xəbər verir ki, bu barədə məlumat sözügedən komissiyanın saytında yer alıb. 

"Azərbaycanın İqtisadiyyat Nazirliyi tərəfindən yanvarın 27-də yayılmış məlumatda sizin Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünüzdə onu ərazi bütövlüyünün bərpası ilə bağlı təbrik etdiyiniz və ABŞ şirkətlərinin müharibə nəticəsində Bakıya qayıtmış ərazilərin bərpasında iştiraka hazır olduğunu bildirdiyiniz yazılıb" kimi fikirlərin yer aldığı məktubda Birləşmiş Ştatların ATƏT-in Minskq Qrupunun fəal üzvü olduğu xatırladılıb.

Nümayəndələr Palatasının üzvü eyni zamanda ABŞ-ın yeni dövlət katibi Entoni Blinkenin müharibədən sonra Azərbaycana kömək məsələsinə yenidən baxılacağına və lazım gələrsə köməyin dayandırılacağına dair fikrini də yada salıb. Şermanın səfirə xatırlatdığı daha bir məqam Blinkenin regionun və Ermənistanın təhlükəsizliyi naminə ABŞ-ın Ermənistana hərbi yardım göstərməsini deməsidir. "Sizin Azərbaycanın İqtisadiyyat Nazirliyi tərəfindən yayılmış məlumatda bildirdikləriniz çox həyəcanvericidir və dövlət katibi Blinkenin bəyanatına uyğun deyil. Bu, ABŞ siyasəti ilə Bakını Azərbaycan tərəfindən başlanılmış axırıncı müharibədə tərifləməkdir? ABŞ-ın siyasəti Azərbaycana investisiyanı artırmaqla Artsaxı (Qarabağı) marqinallaşdırmamağa yönəlib?"




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Dünya