USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Robert Koçaryan növbədənkənar seçkidə iştirak edəcəyini açıqladı - "...qılıncımı çıxarıb sağdan-soldan"


  • Dünya
  •  10:57 28.01.2021
  •  281
https://img.baki-baku.az/news/2021/01/photo_2625.jpg

Ermənistanın ikinci prezidenti Robert Koçaryan növbədənkənar seçki olsa, prosesdə iştirak edəcək. "Baki-Baku.az" xəbər verir ki, bunu o, ölkənin kütləvi informasiya vasitələrinə müsahibəsində bildirib. 

R.Koçaryan tərəfdarlarını siyasi proseslərdə aktiv iştiraka çağırıb. Özünə gəldikdə isə, deyib ki, "Mənim addımım" (baş nazir Nikol Paşinyanın partiyası) onu iki il həbsxanada saxlayıb.

"Belə hesab edirdilər ki, mənə hakimiyyət verilsə, qılıncımı çıxarıb sağdan-soldan onlardan intiqam alacam. Bu adamlar belə düşünürlər. Görünür, özləri elədirlər. Bu səbəbdən də proseslərdən kənarda idim. İstəmirdim ki, bir faktor kimi parlamentdəki 20-25 deputatın (öz partiyasının tərəfdarlarını nəzərdə tutur) qorxudulması üçün istifadə edilim", - deyən Koçaryan seçkiyə qoşulmaq üçün kifayət qədər ciddi komandasının mövcudluğuna baxmayaraq, prosesin daha sakit şəraitdə keçirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

R.Koçaryan həmçinin bildirib ki, indiki fikir ayrılıqlarınin qaldığı, bir sıra vacib suallara cavabın tapılmadığı şəraitdə seçkinin təşkili təhlükəlidir. "Yox əgər, seçki tez keçirilsə, mən mütləq iştirak edəcəm. İştirak etməmək düzgün olmaz. Əks halda biz bu adamlara yenidən öz hakimiyyətlərini qurmaq imkanı yaradacağıq. Əgər bu adamlar bu şəraitdə seçki keçriməyin təhlükəli olduğunu anlamırlarsa və seçki keçirəcəklərsə, o zaman onları ictimaiyyətlə təkbətək qoymaq olmaz. Bəli, biz iştirak edəcəyik və qələbə qazanacağıq. Mübarizə aparıb qələbə qazanacağıq", - deyə Koçaryan fikrinə aydınlıq gətirib.




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Dünya