USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qabrelyanovun Koçaryan seçimi - Rusiyanın mesajı, yoxsa erməni media maqnatdan növbəti blef


  • Dünya
  •  16:03 27.01.2021
  •  291
https://img.baki-baku.az/news/2021/01/photo_2620.jpg

Ermənistanda ictimai rəy zəif templə olsa da, dəyişir. Millətin depresiyası yavaş-yavaş çəkilir, sağlam düşüncələr qələbə qazanmağa başlayır. Əlbəttə, bunda böyük rolu Nikol Paşinyanın "Mənim addımım" fraksiyasının demək olar, bütün deputatlarının qanmazlığı oynayır. "Baki-Baku.az" xəbər verir ki, bu fikirləri erməni əsilli tanınmış rusiyalı media maqnat Aram Qabrelyanov özünün teleqram səhifəsində paylaşıb. 

Qabrelyanov bildirib ki, Ermənistanın siyasi səhnəsinə baxanda ağıllı siyasətçilərin çox az olduğunu söyləmək mümkündür. "Hətta deyərdim ki, dəhşətli dərəcədə azdır. Hiyləgər, əclaf, şişman, ikiüzlü - belələri kifayət qədər çoxdur. Ağıllı, qətiyyətli, vətənpərvər, fikirlərində inadkar, demək olar, yoxdur. Hətta heç yoxdur. Mənim xoşuma gələnlər, mənim gördüklərim Koçaryandır, Manukyandır, bir də Çarukyanın blokundan olan Tatoyandır, adını da bilmirəm. Ancaq bunlar", deyən Qabrelyanov yekunda adını bilmədiyi, ancaq şəxsən tanıdığı Tatoyan deyil (təzadlıdır), Ermənistanın ikinci prezidenti Robert Koçaryanın üzərində dayanır. Media maqnat hesab edir ki, ondan başqa kimsə ölkəni düşdüyü bəladan xilas edə bilməz. 

Qabrelyanov həmçinin bildirib ki, xalq kütlələri Koçaryandan konkret fəaliyyət planı gözləyirlər. Dəqiq bilinməlidir ki, hara gedilir, hansı qüvvələrlə gedilir. 

Erməni media maqnat həmişə açıq təhqirlərə məruz qoyduğu baş nazir Nikol Paşinyana dəstək verənlər barədə də fikirlərini açıqlayıb. O deyib ki, baş nazirin tərəfdarları liberal ermənilərdir. Onlar erməni dəyərlərinin məhvinə çalışırlar, kapitulyasiyanı, türklərlə dostluğu qəbul edilər və cinsi azlıqların müdafiəçiləridirlər. Qabrelyanovun fikrincə, Vətənin qoruyucuları və məğlubiyyətçilər arasında mübarizə gedir.

Qeyd edək ki, Aram Qabrelyanov Qarabağ müharibəsi dönəmində yalan materiallar paylaşan Semyon Peqovun WorGonzo layihəsinin maliyyəçisidir. Onun Kremlə yaxın olduğunu təsdiqləyən, hətta direktivləri birbaşa Kremldən aldığına dair çoxsaylı sübutlar var. Belə bir adamın Koçaryanın adını Ermənistanın gələcək rəhbəri kimi çəkməsi heç də təsadüf qarşılanmaya bilər. Bu o deməkdir ki, Moskvanın Ermənistanın ikinci prezidentinin hakimiyyət perspektivinə dair müəyyən baxışlarının olması mümkündür. 




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Dünya