USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Yerevan məhkəməsinin qərarı - Paşinyan üzr istəməli, təkzib verməli, cərimə olunmalıdır


  • Dünya
  •  17:54 26.01.2021
  •  263
https://img.baki-baku.az/news/2021/01/photo_2594.jpg?v=MjAyMS0wMS0yNiAxODo0NDowMQ==

Ermənistanın baş naziri Nikol Paşinyan, onun mətbuat katibi Mane Gevorqyan Qagik, Qurgen və Artyom Xaçaturovlardan üzr istəməlidirlər. "Baki-Baku.az" erməni mediasına istinadən xəbər verir ki, bu barədə qərarı Yerevan Şəhər Ümumi Yurisdiksiyalı Məhkəməsi çıxarıb.

Qeyd edək ki, Qagik, Qurgen və Artyom Xaçaturovlar ötən ilin 28 aprel tarixində M.Gevorqyanın baş nazirin adından facebook sosial şəbəkəsində yaydığı fikirlərin təhqir, böhtan və rüsvayedici mahiyyət daşıdığını bildirərək məhkəməyə üz tutmuşdular. 

Məhkəmə isə qərarında Paşinyanın və mətbuat katibinin nəinki üzr istəməli, eyni zamanda ictimai qaydada təkzib verməli, həmçinin cərimələnməli olduğunu göstərib. Cərimə məğbləğinin ümumilikdə 508 min dram olduğu bildirilir. 

Onu da deyək ki, Qagik Xaçaturov Ermənistanın sabiq maliyyə naziri olub. Ata və oğul Xaçaturovlar 2018-ci ildən təqib edilirlər. Onlar Paşinyan administrasiyası tərəfindən dövlət əmlakına ziyan vurmaqda, korrupsiya əməllərində və sair məsələlərdə günahlandırılırlar. Paşinyanın Mane Gevorqyan vasitəsilə yaydığı facebook paylaşımı da bu kimi məqamlarla bağlı olub və bildirilib ki, guya günahlandırılanlar deyilənlərlə razıdırlar. Xaçaturovların məhkəməyə üz tutması isə onu göstərir ki, onlar baş nazirin mətbuat katibi tərəfindən dövriyyəyə buraxılmış fikirlə razı olmayıblar. 

Q.Xaçaturov 2019-cu ilin yayında həbs edilib. O, vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakına qəsddə günahlandırılıb. 2020-ci ilin oktyabrında isə zaminə buraxılıb. Keçmiş nazir ona qarşı irəli sürülmüş ittihamlarla razı deyil.




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Dünya