USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ebola virusu can alır


  • Dünya
  •  15:13 22.08.2020
  •  278
https://img.baki-baku.az/news/2020/08/photo_259.jpg

Konqo Demokratik Respublikasının şərq əyalətlərində 100 nəfər Ebola virusuna yoluxub və onlardan 43-ü həyatını itirib. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Ebola virusunun təkrar yayılması iyunun 1-dən Konqo çayının sahilində yerləşən və 1 milyondan çox əhalisi olan Mbandaka şəhərində başlayıb. Buna qədər hökumət virusun tamamilə aradan qaldırıldığını bəyan etmişdi. ÜST-ün məlumatında qeyd olunur ki, hazırda Ebola sürətlə yayılır və onun qarşısını almaq üçün təcili tədbirlər görülməlidir. Təşkilatın Afrika regionu üzrə direktoru Matşidiso Moeti bildirib ki, yenidən vaksinasiya prosesi aparılır və artıq 22 600 nəfər peyvənd olunub.

Ötən ilin iyununda Konqoda Ebolanın kökünün kəsilməsi ilə əlaqədar tədbirlər keçirilmişdi. Bu təhlükəli virus ölkədə 2 min 200 nəfərin ölümünə səbəb olub. Onu yox etmək üçün ÜST-ün mütəxəssisləri hətta silahlı münaqişə zonalarında da iş aparıblar. Bütün bunlara baxmayaraq, avqustun 21-də Ebolanın sürətlə yayılması faktı qeydə alınıb.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Dünya