USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Lavrov və Zərifin görüşü - Qarabağ məsələsi və İranın “altılıq əməkdaşlıq platforması”


  • Dünya
  •  14:19 26.01.2021
  •  258
https://img.baki-baku.az/news/2021/01/photo_2585.jpg?v=MjAyMS0wMS0yNiAxNDozNDo1OQ==

Moskva və Tehran bir çox regional məsələlərdə dialoqun dərinləşməsinin tərəfdarıdır. O cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı. "Baki-Baku.az" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşün açılışında deyib. 

"Nəzərə alsaq ki, biz bizi əhatə edən regionla bağlı dialoqun dərinləşməsinin tərəfdarıyıq, o zaman Fars körfəzindəki təhlükəsizliyi, əfqan nizamlanmasını və əlbəttə ki, üçtərəfli bəyanatın imzalanamasında sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış durumu da müzakirə edə bilərik", - deyə Lavrov vurğulayıb. 

“Rusiya ilə İran arasında olan konstruktiv və daimi xarakter daşıyan dialoqu qiymətləndiririk. Bu dialoq etimadlı şəkildə ikitərəfli və beynəlxalq gündəmdə olan məsələləri müzakirə etməyə kömək edir”. APA-nın Moskva müxbirinin xəbərinə görə, Sergey Lavrov bu barədə söz açıb və əlavə edib ki, İranla Rusiya arasında sıx beynəlxalq və regional gündəm mövcuddur.

“Bu gün ən aktual mövzulardan biri İranın nüvə proqramının nizamlanması ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının xilas edilməsidir. Biz İranla Hərtərəfli Birgə Fəaliyyət Planının tam bərpa olunmasında maraqlıyıq. Bu planı imzalayan tərəflərin öz üzərinə götürdükləri öhdəliklərini icra etməsində maraqlıyıq. Bizi əhatə edən regionda ölkələrimizin rolunu nəzərə alaraq Körfəzdə təhlükəsizliyin təmin olunması, Əfqanıstan nizamlanmasında dialoqun dərinləşməsində maraqlıyıq və əlbəttə ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılıq əldə etməsindən sonra Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə etmək olar”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Dağlıq Qarabağda münaqişəyə son verilməsindən şadam olduğunu deyən İranın xarici işlər naziri deyib vurğulayıb: "Bütün hallarda bizim ümumi narahatlığımız ondan ibarət idi ki, bu münaqişə bizim sizinlə qonşuluğumuzda baş verirdi, vəziyyəti gərginləşdirirdi, insanlar həlak olurdu. Düşünürəm ki, bu münaqişəni bizim üçün ümumi imkana çevirmək imkanı var. Ona görə də, mənim regional səfərimin məqsədlərindən biri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi razılaşmadan gələn imkanları işləyib hazırlamaqdır. Məqsəd bunların işlənilməsi üçün hansı imkanların olduğuna baxmaqdır”.

Cavad Zərif İranla Rusiya arasında müzakirə olunacaq digər regional məsələlərin də olduğunu qeyd edib: “Bunlar Körfəzdəki vəziyyət, Əfqanıstan, Suriya və Yaxın Şərqdəki digər problemlərdir”.

“Regionda “altılıq əməkdaşlıq platforması” yaratmaq istəyirik”. APA “Anadolu” agentliyinə istinadən bildirib ki, bunu da İranın xarici işlər naziri Moskvada İran mediasına açıqlamasında deyib.

O, Qafqaz regionundakı ölkələrə bu məqsədlə səfər etdiyini vurğulayıb.




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Dünya