USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Tanınmış erməni rejissor: ...övladlarımızın çoxunun cəsədi morqlarda saxlanılır


  • Dünya
  •  13:52 25.01.2021
  •  347
https://img.baki-baku.az/news/2021/01/photo_2562.jpg

"Biz ictimaiyyətin diqqətinə hakimiyyətin ört-basdır etmək istədiyi və gizlətdiyi məsələləri çatdırmalıyıq". Bunu Ermənistanın tanınmış rejissoru Ruben Ovannisyan bu gün ölkə qarşısında dayanan problemlərin elm, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilmiş müzakirəsində deyib. 

R.Ovannisyan erməni hərbi əsir və girovlar məsələsi üzərində dayanıb. "Hakimiyyət deyir ki, 44 günlük müharibədə Ermənistan tərəfindən həlak olmuş, habelə əsir düşmüş şəxslərlə bağlı məlumat dövlət sirridir. O zaman bəs nəyə görə baş nazirin müavini Tiqran Avinyan parlamentin tribunasından həlak olanların təxmini sayını dedi? Mən yenə də eyni məsələyə qayıdıram. Onlar itkilərimizin sayını dəqiq deməlidirlər. Əsir götürülənlərin də, itkin düşənlərin də. Əvvəlki kimi hesab edirəm ki, böyük itki olmamağı üçün bizim övladlarımızın çoxunun cəsədi morqlarda saxlanılır", - deyən rejissor bu qənaətdədir ki, ölkə əhalisi ölənlərin sayını adbaad bilməlidir. Bu, dövlət sirri olmamalıdır. Əgər dövlət sirridirsə, hakimiyyət bunu sübuta yetirməlidir. 

"Mən həlak olanların, əsir götürülənlərin və itkin düşənlərin valideynlərini tək qoymamağa çağırıram. Bilirəm ki, onların gedib türklərlə övladlarının tapılması üçün danışıq apardıqları hallar var. Necə də yazığım gəlir özümüzə", - deyən R.Ovannisyan əlavə edib ki, Ermənistanda aparılmış siyasət nəticəsində ölkə müharibədə məğlubiyyətə düçar oldu. "Düşmən bildi ki, o bizim üzərimizdə parçalanma yaratmaqla qalib gələ bilər. O bizimlə ermənicə danışdı, bizi ağlara və qaralara böldü. Biz qaralarıq, ancaq ağların gününü qara etməliyik".




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Dünya