USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan XİN rəhbərinin Gürcüstana səfəri - ermənilər səfəri işgüzar, gürcülər qeyri-formal adlandırıb


  • Dünya
  •  22:09 23.01.2021
  •  284
https://img.baki-baku.az/news/2021/01/photo_2550.jpg?v=MjAyMS0wMS0yMyAyMjozNDo1MA==

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Gürcüstanda səfərdə olub. "Baki-Baku.az" xəbər verir ki, bu barədə məlumat yayan "Novosti Qruzii" agentliyi səfəri qeyri-formal səfər kimi dəyərləndirib. Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Ayvazyanı Kaxetiyanın Çinandali kəndində qəbul edib. Nazirlərin ölkələr arasında mehriban qonşuluq, perspektiv əməkdaşlıq məsələlərini müzakirə etdikləri bildirilib. 

İşin maraqlı tərəfi budur ki, Ermənistanın Xarici İşlər Nazirliyi yaydığı press-relizdə Ayvazyanın Gürcüstan səfərini işgüzar səfər kimi qiymətləndirib. 

Bu məqam Ermənistanda söz-söhbətə səbəb olub. Belə ki, Ermənistan Respublikaçılar Partiyasının vitse-spikeri Armen Aşotyan özünün Facebook səhifəsində vurğulayıb ki, Gürcüstan XİN işgüzar deyil, qeyri-formal adlandırmaqla Ayvazyanın səfərinin səviyyəsini aşağı salıb. "İlk baxışdan bu, xırda məsələdir. Ancaq diplomatiyada çox şey xırdalıqlar zamanı ortaya çıxır. Nə qədər ki, onlar bizi təmsil edirlər, bütün səviyyələrdə belə olacaq. Hətta qonşularla təmaslara da", - deyə Aşotyan qəzəbini baş nazir Nikol Paşinyan iqtidarının üzərinə yıxıb. 




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Dünya