USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Baydenin prezident kimi ilk işi - 100 gün maska taxmaq proqramı


  • Dünya
  •  15:33 20.01.2021
  •  262
https://img.baki-baku.az/news/2021/01/photo_2518.jpg?v=MjAyMS0wMS0yMCAxNTo1MDowNQ==

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden dövlət başçısı kimi ilk proqramını elan edib. "100 days Masking Challenge" adlı Proqram amerikalıları ən azı 100 gün maska taxmağa kökləmək məqsədi daşıyır və məsələni vətənpərvərlik borcunun yerinə yetirilməsinə çağırış kimi xarakterizə edir. "Baki-Baku.az" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Baydenin idarəçilik komandası məlumat yayıb. 

Məlumata görə, Bayden bu gün keçiriləcək inauqurasiyadan sonra fərman imzalayacaq. Həmin fərman maska taxmağı və sosial məsafə saxlamağı məcburiləşdirəcək. Sənəd həmçinin yerli hakimiyyət orqanları qarşısında koronavirusun yayılmasının qarşısının alınması tədbirlərini gücləndirmək məsuliyyət də müəyyənləşdirəcək.

Ən əsası isə fərmanda pandemiya ilə əlaqədar müxtəlif dövlət qurumlarında və müəssisələrdə çalışan işçilərə kömək göstərilməsini, onlara işlərini itirəcəkləri halda ödənişlərin edilməsini nəzərdə tutacaq. Dəstək tədbirləri istehsalçıları da əhatə edəcək. 




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Dünya