USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyanın həyat yoldaşı və qızlarının bahalı Moskva alış-verişi Ermənistanda hiddət doğurub


  • Dünya
  •  15:57 15.01.2021
  •  285
https://img.baki-baku.az/news/2021/01/photo_2464.jpg?v=MjAyMS0wMS0xNSAxNjo1NToyMg==

Gördüyünüz foto erməni saytlarında yayımlanıb. Məsələ budur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın və qızlarının Moskvada 10 silahlı cangüdənin müşaiyəti ilə birgə alış-veriş etmələri Ermənistanda böyük səs-küy yaradıb. "Baki-Baku.az" xəbər verir ki, bununla bağlı teleqram kanallarından biri hətta video paylaşım da edib. 

Məsələ ilə əlaqədar yayılmış məlumatda bildirilib ki, Anna Akopyan, qızları və cangüdənlər yanvarın 14-də Yerevan vaxtilə saat 14.10-da Rusiyanın S7 aviakampaniyasının "Airbus A320-271N" təyyarəsi ilə Moskvaya yola düşüblər. Hesablamalara görə, təyyarənin yalnız biletləri 10 min dollardan çox pul tutub. Məlumatda həmçinin bildirilib ki, Anna və qızları Moskvanın ən brend mağazalarında olub, bahalı alış-veriş ediblər. Həmin mağazalarda qiymətlər isə min dollardan başlayır. 

Erməni kütləvi informasiya vasitələri baş verənləri Paşinyan ailəsinin özlərinin bais olduqların xalq faciəsinə tüpürməsi kimi qiymətləndiriblər. Onlar vurğulayıblar ki, minlərlə valideyn öz övladının həlak olmasından sarsıntı və üzüntü keçirdiyi, minlərlə ailə itkin düşmüş övladlarından xəbər tuta bilmədiyi halda Anna Akopyan və qızları Moskvada istirahət edir və zövq alırlar. 




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Dünya