USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

Nümayəndələr Palatasından Pensə Trampı hakimiyyətdən uzaqlaşdırmaqla bağlı ÇAĞIRIŞ


  • Dünya
  •  11:21 13.01.2021
  •  20
https://img.baki-baku.az/news/2021/01/photo_2426.jpg

ABŞ Konqresinin Nümayəndələr Palatası Vitse-prezident Mayk Pensi hazırkı prezident Donald Trampı hakimiyyətdən uzaqlaşdırmağa çağıran qətnamə qəbul edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 223 deputat qətnamənin lehinə, 205 deputat əleyhinə səs verib.

Sənədi yalnız bir Respublikaçı dəstəkləyib, heç bir Demokrat sənədin əleyhinə səs verməyib. 

Qətnamə M. Pensi dövlət başçısının vəzifələrini icra edə bilməməsi ilə bağlı konstitusiyanın 25-ci düzəlişin müddəalarından istifadə etməyə çağırır. Belə olan halda M. Pens administrasiya üzvlərinin böyük əksəriyyətinin dəstəyi ilə D. Trampı istefaya göndərə və onun yerini tuta bilər, lakin hələlik Konqres bu qərarı təsdiq etməyib. Əks təqdirdə Demokratlar Nümayəndələr Palatasında qiyama cəhd ittihamı ilə D. Trampı impiçmentlə hədələyirlər.

D. Trampı vəzifəsindən kənarlaşdırmaq üçün senatorların üçdə ikisinin səsi  tələb olunur və bu səslər hələ toplanmayıb. Bundan əlavə, yanvarın 20-dək Konqresin yuxarı palatasının iddiaları nəzərdən keçirmək üçün kifayət qədər vaxtı olmaya bilər. 

ABŞ-ın vitse-prezidenti Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə  yazılı şəkildə bildirib ki o, Trampın vəzifəsindən uzaqlaşdırılmasına qarşıdır. Pens 25-ci düzəlişin cəza və qəsb etmə vasitəsi olmadığını və bu düzəlişin tətbiqinin dəhşətli bir presedent yaradacağını qeyd edib. 

Xatırladaq ki yanvarın 6-da D. Tramp çıxışında öz tərəfdarlarını seçki nəticələrinə etiraz etmək və  Respublikaçılara kömək etmək üçün Kapitoliyə getməyə çağırıb. Daha sonra bir çox nümayişçi Kapitolini mühasirəyə alıb və binaya soxularaq Konqresin iclasını dayandırıb. Həmin vaxt isə Konqresdə seçkilərdə Co Baydenin qələbəsinin təsdiqlənməsi müzakirə olunub. Hadisə nəticəsində polis əməkdaşı da daxil olmaqla 5 nəfər həyatını itirib.




Redaktorun seçimi

2021-ci ilin qlobal riskləri açıqlandı -  PROQNOZ
  • İqtisadi təhlil
  • 13:44 05.01.2021
2021-ci ilin qlobal riskləri açıqlandı - PROQNOZ

Dünya