USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ərdoğan Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsindən danışdı ...vaz keçməmişik!


  • Dünya
  •  16:52 12.01.2021
  •  266
https://img.baki-baku.az/news/2021/01/photo_2417.jpg

““Brexit”lə başlayan qeyri-müəyyənlik ancaq Türkiyənin Avropa İttifaqı (Aİ) ailəsində yer alması ilə aradan qaldırıla bilər”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ ölkələrinin Türkiyədəki səfirlərinə müraciətində deyib.

“Türkiyə olaraq biz üzərimizə düşəni etdik, ancaq Avropa tərəfindən təkliflərimizə cavab ala bilmədik”, - deyə Ərdoğan vurğulayıb.

O qeyd edib ki, Türkiyə yük olan ölkə deyil, yük alan bir ölkədir: “Bunu görəcəksiniz. Xüsusən də Avropanın miqrant axınına məruz qalmasının qarşısını almaqda göstərdiyimiz fədakarlıq əsla unudulmamalıdır. Suriya əsilli 4 milyon nəfəri ölkəmizdə qonaq edirik”.

“Təxminən 60 ildir Avropa İttifaqına (Aİ) tam üzv olmaq üçün mübarizə aparırıq”, - deyən Ərdoğan əlavə edib ki, ikili standart və haqsızlığa baxmayaraq, Türkiyə təşkilata tam üzv olmaqdan heç vaxt vaz keçməyib.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya