USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan prezidentinin bəyanatı - Sarkisyanın "ikinci 10 noyabr" qorxusu, yoxsa...


  • Dünya
  •  18:32 08.01.2021
  •  364
https://img.baki-baku.az/news/2021/01/photo_2388.jpg

Səlahiyyətli orqanları 9 noyabr (10 noyabr) üçtərəfli bəyanatında nəzərdə tutulan məsələlərin reallaşdırılması zamanı ancaq milli maraqları əsas tutmağa çağırıram. "Baki-Baku.az" "news.am"a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan yaydığı bəyanatda bildirib. 

Sarkiyanın bəyanatında həmçinin bildirilir ki, şifahi razılaşmaların əldə olunduğu təqdirdə bunun cəmiyyət qarşısında hesabatlılığı var. Bu zaman Konstitusiyanın tələblərinə, qanunvericiliyə, beynəlxalq hüquqa ciddi şəkildə əməl etmək lazımdır. Ermənistan prezidenti üçtərəfli bəyanatla atəşkəsin mövcudluğuna, hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin tezliklə qaytarılmasına, sərhədlərin demarkasiya və delimitasiyasına, nəqliyyat əlaqələrinin bərpasına əhəmiyyətli yanaşdığını da vurğulayıb. 

Qeyd edək ki, A.Sarkisyan yeni ili qarşılamaq üçün getdiyi Londondadır və orada koronavirusa yoluxub. 

Onu da bildiririk ki, hazırda Ermənistan cəmiyyətində yanvarın 11-də Moskvada keçiriləcək Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü ilə bağlı böyük ajiotaj yaranıb. Bir sıra siyasi analitiklər görüşün nəticəsi olaraq Ermənistan üçün daha rüsvayçı sülh sənədinin imzalanacağını deyirlər. Bu baxımdan hətta Mehri rayonunun da Azərbaycana veriləcəyi iddiası da diqqət çəkməkdədir. 

Armen Sarkisyanın bəyanatından isə anlaşılan budur ki, Ermənistan prezidenti baş verə biləcək hansısa xoşagəlməz situasiyaya görə özünü sığortalamağı nəzərdə tutur. Onun qanunları, hesabatlılığı və sair məsələləri də yada salması bununla əlaqədardır. 

Yada salaq ki, Sarkisyan 10 noyabr üçtərəfli bəyanatından sonra sənəddən xəbərsiz olduğunu bildirərək özünü ictimai qınaqdan müəyyən qədər kənarda tuta bilmişdi. Görünür, bu dəfə tamamilə sığortalanmaq fikrindədir. 

O da görünür ki, baş nazir Nikol Paşinyan qərarların qəbulunda ölkə prezidenti ilə hesablaşmır. Sarkisyan 11 yanvar görüşündən öncə erməni cəmiyyətində yaranmış ajiotajı görür və bu bəyanatı ilə çalışır ki, bir növ odu daha da körükləsin. Necə deyərlər, xalqın "torbada pişik var" ehtimalını daha da gücləndirərək Paşinyana qarşı hiddəti bir qədər də yüksəltsin. 




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya