USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Trampa qarşı ittiham irəli sürüləcək - Bayden: Prezident qanundan ali ola bilməz


  • Dünya
  •  10:13 08.01.2021
  •  264
https://img.baki-baku.az/news/2021/01/photo_2368.jpg

ABŞ-ın hazırkı prezidenti Donald Trampın Vaşinqton Kapitolidəki iğtişaşlara görə mühakimə olunacağı istisna edilmir.

APA xəbər verir ki, bunu Vaşinqtonun federal prokuroru vəzifəsini icra edən Mayk Şervin “CNBC” telekanalına müsahibəsində deyib.

“Bütün subyektlərin əməllərini araşdırırıq. Bu işdə iştirak etdiyi sübuta yetiriləcək hər kəs qanun məsuliyyətə cəlb olunacaq”, - deyə prokuror, siyasi rəqibləri tərəfindən iğtişaşlara təhrik etmədə ittiham olunan Trampın baş verənlərdə rolu ilə bağlı jurnalistin sualının cavabında bildirib.

Bu arada ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden hazırkı ölkə lideri Donald Trampın Vaşinqtonda iğtişaşlara səbəb olduğu qənaətindədir.

“Onları etiraz aksiyasının iştirakçıları adlandırmağa cürət etməyin. Bu, iğtişaş, etiraz aksiyası deyildi, bu, xaos idi. Bu, üsyançı kütləsi, qiyamçılar, daxili terrorçulardan ibarət bir izdiham idi. Bu, prezident Trampın demokratiyaya amansız hücumunun nəticəsi idi”, - deyə Bayden vurğulayıb.

Onun sözlərinə görə, Donald Tramp “izdihamı Konqresə hücuma təhrik edib”: “O, amerikalı seçicilərin səsini yummaq üçün kütlədən istifadə etməyə çalışıb”.

Demokrat bildirib ki, “prezident qanundan ali ola bilməz”.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya