- Daxili siyasət
- 09:37 20.09.2024
Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. "Baki-Baku.az" xəbər verir ki, bu barədə məlumatı Ermənistanın baş nazirinin saytı yayıb.
Məlumatda bildirilir ki, telefon danışığında müharibə sonrası ("Azərbaycan tərəfindən başlanılmış təcavüzkar müharibə" yazılıb - red.) Dağlıq Qarabağdakı mövcud humanitar vəziyyət və onun aradan qaldırılması yolları müzakirə edilib. Paşinyan Makrona erməni xalqı üçün çətin günlərdə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Telefon danışığında həmçinin Fransa-Ermənistan əlaqələrinin genişləndirilməsi və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirilir.