USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanda bəzi Rusiya telekanallarının yayımı məhdudlaşdırılıb


  • Dünya
  •  14:31 06.01.2021
  •  251
https://img.baki-baku.az/news/2021/01/photo_2340.jpg

Ermənistanda qanunvericiliyə edilən son dəyişiklikdən sonra ölkə ərazisində Rusiyanın bir neçə telekanalının açıq yayımı saxlanılıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Rusiyanın “RTR-Planeta” telekanalı bütün ölkə boyu, “Rossiya-Kultura” və “Birinci kanal” isə paytaxt İrəvanda açıq yayım hüququnu qoruyub saxlayıb.

Qeyd edək ki, 2020-ci ilin dekabr ayının sonunda Rusiyanın Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi kütləvi kommunikasiyalar sahəsində Ermənistanla əməkdaşlıq haqda hökumətlərarası razılaşmanın imzalandığını açıqlayıb.

Xatırladaq ki, ötən ilin avqustunda Ermənistan prezidenti Armen Sarkisyan “Audiovizual media” haqqında qanunu imzalayıb. Qanun xarici dildə fəaliyyət göstərən telekanalların, o cümlədən Rusiya telekanalların ölkə ərazisində açıq yayımını qadağan edirdi. Dəyişikliyə əsasən, bundan sonra Ermənistanda xarici TV-lər pullu paketdə yayımlanacaq. Dəyişiklikdən əvvəl də Ermənistanda Rusiyanın “Birinci kanalı”, “RTR-Planeta”, “Rossiya-Kultura”, eyni zamanda, dövlətlərarası “Mir” telekanalı açıq yayımlanıb.



Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya