USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Çin ABŞ-ı İrana qarşı sanksiyaları təxirə salmağa çağırır


  • Dünya
  •  12:43 05.01.2021
  •  277
https://img.baki-baku.az/news/2021/01/photo_2318.jpg

ABŞ vaxt itirmədən İranla bağlı nüvə razılaşmasının yerinə yetirilməsinə qayıtmalı və bütün sanksiyaları aradan qaldırmalıdır. "Baki-Baku.az" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin bildirib. 

Qeyd edək ki, İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvandi ölkəsinin Fordodakı nüvə obyektində uranı 20 faizə qədər zənginləşdirdiyini bəyan etmişdi. Məsələni İran Parlamenti də qanuniləşdirmişdi. ABŞ tərəfi isə bunu nüvə şantajı kimi qəbul etdiyini açıqlamışdı. 

"İndi an əsas vəzifə ABŞ-ın heç bir gecikdirici şərt qoymadan İranla bağlı nüvə sazişində göstərilənləri yerinə yetirməsinə kömək göstərməkdir. Eyni zamanda bütün sanksiyalar aradan qaldırılmalıdır ki, saziş üzrə nəzərdə tutulan fəaliyyət həyata keçsin", - deyə Çinin XİN təmsilçisi vurğulayıb. O bildirib ki, hazırda İranın nüvə proqramı ətrafındakı vəziyyət çox mürəkkəb və həssasdır. 

Xua Çun həmçinin bildirib ki, Çin bütün tərəfləri sakitliyi qorumağa, dözümlü olmağa, vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq hərəkətlərdən uzaq dayanmağa, diplomatik səylərin göstərilməsi üçün meydan verməyə çağırıb. 

Qeyd edək ki, nüvə razılaşmasına əsasən İran uranı 3,67 faiz həcmində zənginləşdirə bilər. Ancaq Tehran bir il öncə qoyulmuş məhdudiyyətdən imtina etdi.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya