USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan-Ermənistan sərhəddində Rusiya "Mİ-24"nün vurulması ilə bağlı cinayət işinin təsnifatı dəyişdirilib


  • Dünya
  •  14:08 04.01.2021
  •  320
https://img.baki-baku.az/news/2021/01/photo_2306.jpg

Rusiyalı hərbi təhqiqatçılar ötən il noyabrın 9-da Rusiyanın "Mİ-24" hərbi helikopterinin Azərbaycan və Ermənistanın sərhəddində vurulması faktı ilə bağlı başlanılmış cinayət işinin təsnifatını dəyişdiriblər. "Baki-Baku.az" xəbər verir ki, bunu "İnterfaks"a məlumatlı mənbə deyib. 

Məlumatda bildirilib ki, əvvəl məsələ ilə əlaqədar Rusiya Cinayət Məcəlləsinin 351-ci maddəsi ilə cinayət işi (Uçuş və ona hazırlığın qaydalarının pozulması ilə ehtiyatsızlıqdan ölümə səbəb olma) maddəsi ilə iş açılmışdısa, hazırda iki və daha çox şəxsin bilərdəkdən öldürülməsi maddəsi (Rusiya Cinayət Məcəlləsinin 2-ci hissəsinin 105-ci maddəsi) üzərində dayanılır. 

Əgər birinci qeyd edilən maddə üzrə 7 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulurdusa, indi ömürlük həbs təhlükəsi də var. 

Qeyd edək ki, agentliyin mənbəsi məsələ ilə bağlı cinayət işi üzrə araşdırmaların nə qədər davam edəcəyinə aydınlıq gətirməkdə çətinlik çəkib. "Burada şübhəli şəxslərin başqa ölkənin ərazisində olması ilə əlaqədar çətinliklər var", - deyə o vurğulayıb. 

Onu da qeyd edək ki, Ermənistanın Naxçıvanla sərhəddində vurulmuş sözügedən "Mİ-24" hərbi helikopteri Rusiyanın Ermənistandakı 102-ci bazasından hərəkət edən hərbi kalonu müşaiyyət edirdi. Hadisə nəticədə iki rus hərbçisi həyatını itirmiş, biri isə yaralanmışdı.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya