USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanda parlament deyişməsi: Paşinyanın istefası mənasızdır, Mehrinin yeni statusu...


  • Dünya
  •  16:27 28.12.2020
  •  347
https://img.baki-baku.az/news/2020/12/photo_2265.jpg

Hazırda baş nazir Nikol Paşinyanın istefası ilə bağlı söhbətlər mənasızdır. "Baki-Baku.az" xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim "Mənim addımım" blokunun rəhbəri Lilit Makunç deyib.

L.Makunç bildirib ki, baş nazir siyasi qüvvələrlə növbədənkənar parlament seçkisinin keçirilməsi ilə bağlı müzakirələrə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, hazırkı iqtidarın hakimiyyətdə olmasını istəməyənlər ilk imkandaca müzakirədə iştirak etməlidirlər. 

Qeyd edək ki, Makunçun çıxışı Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan" Partiyasından olan təmsilçisi Naira Zöhrabyanın çıxışından sonra olub. N.Zöhrabyan bildirib ki, hazırda ölkə parlamenti baş nazirin istefasından başqa heç nəyi müzakirə etməməlidir. Deputat xatırladıb ki, Paşinyan torpaqların verilməsi məsələsindən söz açarkən müəyyən şifahi razılaşmalara istinad edib. "O, təhsilli dostu Əliyevlə (Azərbaycan Prezidenti İlham Əliyev nəzərdə tutulur) Tavuşun bir hissəsi və Mehri ilə bağlı daha hansı şifahi razılığa gəlib?", - deyən Zöhrabyan tezliklə cəmiyyətə Mehrinin yeni statusu ilə əlaqədar növbəti dəhşətli xəbərlərin yayılacağına əminliyini vurğulayıb.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya