USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Erməni deputat Rusiyanı köməyə çağırır: Hətta biz bütün büdcəmizi hərbiyə yönəltsək belə...


  • Dünya
  •  14:00 23.12.2020
  •  353
https://img.baki-baku.az/news/2020/12/photo_2235.jpg

Ermənistan Sünikdə hərbi bazasını yaratmaqla bağlı Rusiya ilə gecikdirmədən danışıqlara başlamalıdır. "Baki-Baku.az" xəbər verir ki, bunu müxalifətyönümlü "İşıqlı Ermənistan" Partiyasının sədri, Ermənistan parlamentinin deputatı Edmon Marukyan bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, hazırda prioritet məsələ Sünikin təhlükəsizliyinin qorunmasıdır. 

"Müharibədəki məğlubiyyətimiz nəticəsində Sünikin kənd və şəhərləri Azərbaycanın silahlı qüvvələrinin müşahidə zonasına düşdü. Əgər əvvəl onlar bizdən 180 kilometr aralı idilərsə, hazırda 2-3 kilometrliyimizdədirlər. Bundan başqa delimitasiya prosesi ilə Azərbaycan yüksəkliklərə yiyələndi", - deyən deputat əlavə edib ki, mövcud vəziyyət vilayətin təhlükəsizliyi ilə bağlı fatal nəticələr doğura bilər. 

Ardınca erməni deputat çox axmaq fikirlər səsləndirməsi ilə diqqəti çəkib. E.Marukyan bildirib ki, Azərbaycanın 2021-ci il üçün hərbi büdcəsi 2,7 milyard dollar olacaq. Bu, ötən ilki büdcə ilə müqayisədə 550 milyon dollar çoxdur. "Üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə bildirib ki, Qarabağ problemi həllini tapıb. Belə bəyanatın fonunda hərbi büdcənin artırılması yalnız bir şeyi deyir - Azərbaycan yeni hərbi avantüraya hazırlaşır", - deyən Marukyan ağlının kəsdiklərini dilinə gətirib. O, eyni zamanda əlavə edib ki, Azərbaycana qarşı çıxmaq üçün Ermənistana yeni strategiya lazımdır. Buna görə də tez bir zamanda Rusiya ilə danışıqlar aparmaq və Gümrüdəki Rusiya hərbi bazasının təcrübəsini Sünikdə də tətbiq etmək lazımdır. 

Marukyan başqa çıxış yolunun olmadığı qənaətindədir: "Hətta biz bütün büdcəmizi hərbiyə yönəltsək belə hazırkı şərtlərlə təklikdə düçar olduğumuz duruma qarşı mübarizə apara bilmərik". 




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya