USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Putin ömürlük senator olacaq - Prezidentlikdən getdikdən sonra


  • Dünya
  •  13:51 22.12.2020
  •  270
https://img.baki-baku.az/news/2020/12/photo_2219.jpg

Rusiya Prezidenti Vladimir Putin eks-prezidentin Federasiya Şurasına ömürlük senator təyin olunması haqda federal qanunu imzalayıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiyanın hüquq-informasiya portalında məlumat yerləşdirilib.

Qanun artıq qüvvəyə minib.

Qeyd edək ki, eks-prezidentin səlahiyyət müddəti başa çatandan sonra ömrünün sonunadək senator olmasına imkan verən qanun layihəsi dekabrın 9-da Rusiya Dövlət Dumasında qəbul olunub. Rusiya Federal Məclisi Federasiya Şurasının formalaşdırılması qaydası haqqında qanunun redaksiyasının müəllifi Prezident Vladimir Putin olub. Qanun layihəsi konstitusiyaya düzəlişlər çərçivəsində təqdim olunub. Qanuna təklif olunan yeniliklərə görə, Federasiya Şurası senatorlardan təşkil olunur. Palataların tərkibinə Rusiya Federasiyasının hər subyektindən iki nümayəndə daxil olur - onlardan biri qanunvericilik, digəri isə icra hakimiyyəti orqanlarını təmsil edir. Prezident isə səlahiyyət müddəti başa çatan kimi ömürlük senator təyin olunur.



Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya