USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan hücuma keçir: 2018-ci il inqilabında hakimiyyətdən məhrum olmuş "elita" revanşa can atır


  • Dünya
  •  12:51 22.12.2020
  •  325
https://img.baki-baku.az/news/2020/12/photo_2218.jpg

2018-ci il inqilabında hakimiyyətdən məhrum olmuş "elita" revanşa can atır. "Baki-Baku.az" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan özünün facebook səhifəsində yazıb. Paşinyan aşağıdakıları bildirib:

1. 2018-ci il inqilabında hakimiyyətdən məhrum olmuş "elita" revanşa can atır. Burada söhbət yalnız siyasi "elita"dan da deyil, 2018-ci ilədək imtiyazlara malik, sonra həmin imtiyazlardan məhrum olanlardan gedir.

2. 2018-ci il inqilabından sonra özünü hakimiyyət kimi hiss edən xalq bu statusu itirmək istəmir. Xüsusən də hakimiyyətin xarici təhlükəsizlik problemlərini həll etmək istədiyi indiki dövrdə bəziləri belə bir məntiqə söykənirlər ki, əgər mitinqə gəlməsən, işdən azad olunacaqsan. 

Paşinyan onu da bildirib ki, hazırda real qarşıdurma hakimiyyətlə müxalifət arasında yox, 2018-ci ildə imtiyazlarını və üstünlüklərini itirmiş "elita" və xalq arasındadır. Ancaq istənilən halda əsas söz sahibi xalqdır. Əgər xalq öz sözünü desə, "elita" heç nə edə bilməyəcək. 

Ermənistanın baş naziri insanların öz sözlərini demək imkanlarını itirməmələri üçün hər şeyi edəcəyini bildirib. O, hazırda  başlıca prioritetinin ölkənin və Qarabağın xarici təhlükəsizliyinin təminatı olduğunu vurğulayıb. "Heç bir halda xarici təhlükəsizlik tədbirləri sual altında qalmamalıdır", - deyə Paşinyan əlavə edib.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya