USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Aİ koronavirusa qarşı "BionTech" və "Pfizer" peyvəndlərini təsdiqlədi - bəs mutasiya olunmuş virus?


  • Dünya
  •  19:18 21.12.2020
  •  345
https://img.baki-baku.az/news/2020/12/photo_2211.jpg

Avropa İttifaqının (Aİ) Dərman Agentliyi "BionTech" (Almanoya) və "Pfizer" (ABŞ) şirkətlərinin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı birgə hazırladığı peyvəndin istifadəsini təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Dərman Agentliyinin baş direktoru Emer Kok mətbuat konfransında bildirib.

“Bu, elm adamları, sənaye, tənzimləyicilər, səhiyyə işçiləri və dünyadakı xəstələr arasında misilsiz səfərbərlik və məlumat mübadiləsinin nəticəsidir. COVID-19 peyvəndinin yoxlanılıb qiymətləndirilməsində iştirak edən Avropa İttifaqına bütün üzv dövlətlərdən cəlb olunan çox sayda mütəxəssisin və Agentlikdəki həmkarlarımın pərdə arxasındakı yorulmaz əməyini vurğulamaq istəyirəm. Dərman Agentliyinin elmi qiymətləndirməsi peyvəndin təhlükəsizliyi, keyfiyyəti və effektivliyinə dair elmi dəlillərin gücünə əsaslanır. Dəlillər inandırıcı şəkildə göstərir ki, peyvəndin faydaları onun risklərindən daha böyükdür”, - deyə baş direktor qeyd edib.

Xatırladaq ki Avropa Komissiyasının prezidenti Ursula von der Leyen dekabrın 27-dən etibarən Aİ ölkələrində peyvəndləmə kampaniyasının başlayacağını bildirib.

***

“Pfizer" və “BioNTech” tərəfindən hazırlanmış peyvəndin koronavirusun mutasiya olunmuş variantına qarşı effektivliyini öyrənmək 3-4 həftə davam edəcək.

Bu barədə Robert Kox adına Alman Viroloji İnstitutunun peyvənd məsələləri üzrə daimi komitəsinin sədri Tomas Mertens bildirib.

“Mövcud məlumatlar hələlik "BioNTech" peyvəndinin virusun mutasiya olunmuş variantına qarşı nə qədər effektiv olacağı barədə qəti şəkildə fikir bildirməyə imkan vermir. İlk antitellərin effektivliyinin öyrənilməsinə dair araşdırmanın 3-4 həftə davam etməsi gözlənilir", - deyə o vurğulayıb.

Lakin mütəxəssis qeyd edib ki, indiyə qədər aparılan testlər peyvəndin koronavirusun yeni variantına qarşı eyni dərəcədə təsirli ola biləcəyini göstərir.



Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya