USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Erməni müəllif: "...Prezident Əliyevin sözü Ermənistanın daxili həyatında yüksək çəki faktorudur"


  • Dünya
  •  11:30 21.12.2020
  •  360
https://img.baki-baku.az/news/2020/12/photo_2198.jpg

"Əldə edilməsinə çalışılan nəticədən asılı olmayaraq, etiraf etmək lazımdır ki, prezident Əliyevin sözü Ermənistanın daxili həyatında yüksək çəki faktorudur. Əliyev Yerevanın daxili gündəliyinə qarışır və tarixi baxımdan Qarabağ epopeyasının növbəti raundunda qələbə qazanmış, erməniləri fakt qarşısında qoymuş və cəmiyyətimizin dağılmasına rəvac vermiş şəxs kimi onun buna haqqı çatır. Bunu danmaq mənasızdır, ancaq düzgün nəticə çıxarmaq lazımdır".

"Baki-Baku.az" xəbər verir ki, bu fikirlər Ermənistan mediasında yayılmış "Əliyevin sözü - Ermənistanın daxili siyasi həyatının faktoru" məqaləsindəndir. 

Müəllifi Boqdan Atanesyan olan məqaləni heç də tam şəkildə obyektiv saymaq olmaz. Bununla belə sonda gəlinən qənaət onu deməyə əsas verir ki, Ermənistanda nə qədər ikrahlı formada etiraf edilsə də, Azərbaycanın qazandığı qələbə etiraf edilir. Halbuki baş nazir Nikol Paşinyanı "satqın" adlandırıb revanş hissi ilə "alışıb yananlar" da var. Onlar bu cəfəng ideyanı irəli sürürlər ki, guya satqınlıq olduğundan, müharibə döyüşdə uduzulmayıb. 

Qeyd edək ki, B.Atanesyanın məqaləsindən yazının Prezident İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Azərbaycan Ordusunun Ermənistanın əvvəlki prezidentləri - Serj Sarkisyanın və Robert Koçaryanın 30 il ərzində qurduqları ordunu məhv etməsinə dair fikirlərindən hiddətə gələrək qələmə alındığı açıq görünür. 




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya