USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistandakı rus pravaslav kilsəsinin din xadimi: "Allah çalışır ki, faciənin köməyilə xalqı ağıllandırsın və islah etsin"


  • Dünya
  •  16:44 20.12.2020
  •  391
https://img.baki-baku.az/news/2020/12/photo_2191.jpg

Ermənistanda Qarabağ müharibəsindəki acınacaqlı məğlubiyyəti şərtləndirən bir çox baxışlar irəli sürülür. Müxalif fikirlilərdən tutmuş sadə xalq kütlələrinədək hərə baş verənlərə bir izah axtarır. Ermənistandakı rus pravaslav kilsəsinin din xadimi protoierey Arseni Qriqoryançın isə öz baxışı var. "Baki-Baku.az" xəbər verir ki, Qriqoryanç fikirlərini ölkədə nəşr olunan qəzetlərdən birinə müsahibəsində ifadə edib. 

"Erməni xalqının tarixi milli faciələrlə doludur. Deməli, sadəcə yaxşı düşünmək lazımdır ki, hansı xəstəlikdən müalicə olunaq? Əlbəttə, indi baş verənlər də milli faciədir. Əgər kimsə deyirsə ki, biz buna layiq deyildik, o, Allaha qarşı çıxır. Kim desə ki, biz müqəddəsik, təmizik, düzgünük, nəyə görə bizə bu göndərildi, o, artıq xristian ola bilməz. Əgər kimsə, xristian olmaq istəyirsə, o deməlidir ki, əgər mənim xalqım üçün bu göndərilibsə, gəlin, düşünək görək nəyə görə? Çünki bu, elə-belədən baş vermir. Milli faciə xalqın xəstəliyinə görə baş verir. Allah çalışır ki, faciənin köməyilə xalqı ağıllandırsın və islah etsin", - deyə Qriqoryanç bildirib. 

Onu da bildiririk ki, ümumən protoierey Qriqoryançın baxışları təzadlıdır. Din xadimi olsa da, onu müharibə əleyhidarı kimi göstərmək doğru sayılmaz. Dedikləri digər sözlərə nəzər salsaq, düşünmək mümkündür ki, yuxarıda söylədiklərini kifayət qədər soyuq qarşılayan biridir. Bu baxışlı insan çox asanlıqla ermənilərin azərbaycanlıların başına gətirdikləri faciələri qanunauyğunluq kimi qələmə verə bilər. İndi sadəcə çarəsiz durumda olduğundan günahı ermənilərin üzərinə atır.

Onu da unutmaq olmaz ki, ermənilərin dinc şəraitdə yaşaya bilməmələrinin, sadə xalqın xəstəliyə yoluxmasının siyasi səbəbləri ilə yanaşı, siyasi oyunbazlığa daim dəstək verən kilsə, din xadimi amili də var. Qriqiryanç da məhz belə "müqəddəs atalardandır". Onun tarixi prosesləri dərindən bilməsi imkan verir ki, müxtəlif siyasi prosesləri asanlıqla dini müstəvidə interpretasiya etsin. Belələri əli silahlı ermənilərdən daha təhlükəlidirlər. 




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya