USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Jozep Borrel ən yaxın keçmişdən danışdı: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etmək istədik, ancaq alınmadı


  • Dünya
  •  11:20 18.12.2020
  •  388
https://img.baki-baku.az/news/2020/12/photo_2170.jpg

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Jozep Borrel bildirib ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünü təşkil etmək istəyib, ancaq alınmayıb. "Baki-Baku.az" xəbər verir ki, bununla bağlı məlumatı "İnterfaks" yayıb.

Məlumatda bildirilib ki, Aİ nümayəndəsi Brüsseldə Avropa Birliyi - Azərbaycan və Avropa Birliyi-Ermənistan Əməkdaşlıq Şuralarının iclasları öncəsi bu fikirləri dilə gətirib. Azərbaycanın və Ermənistanın XİN rəhbərləri də hazırda həmin iclaslarda iştirak etmək üçün Belçikanın paytaxtındadırlar.

"Hər iki nazir mənimlə təmasda olduğundan istəyirdik ki, üçtərəfli kontakt yaradaq - Avropa Birliyi, Ermənistan və Azərbaycan. Bu, mümkün olmadı, ona görə də mən hər nazirlə ayrılıqda görüşdüm", - deyərək xatırlatma verən Borrel əməkdaşlıq şuralarının nəzərdə tutulan iclaslarının Dağlıq Qarabağdakı genişmiqyaslı hərbi əməliyyatlar sonrası keçirilməsinə diqqət çəkib.

J.Borrel həmçinin bildirib ki, Rusiyanın vasitəçiliyi ilə noyabrın 10-da ətəşkəsin əldə edilməsi çoxsaylı insan tələfatının qarşısının alınması baxımından vacibdir. "Ancaq təəssüf ki, ötən həftə biz hər iki tərəfdən atəşkəsin pozulduğunu eşitdik. Tam şəkildə atəşkəsə riayət edilməsi əvvəlki kimi yenə də vacibdir", - deyən J.Borrel onu da deyib ki, AB Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun formatını dəstəkləyir və ümüd edir ki, iki həmsədr konfliktin tam şəkildə nizamlanmasına yönələn fəaliyyətlərini davam etdirəcəklər. 




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya