USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ərdoğan: “ABŞ-ın sanksiya qərarı Türkiyənin suverenliyinə hücumdur”


  • Dünya
  •  16:13 16.12.2020
  •  266
https://img.baki-baku.az/news/2020/12/photo_2146.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən ölkəsinə qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqinə münasibət bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, Ərdoğan deyib ki, ABŞ-ın sanksiya qərarı Türkiyənin suverenliyinə hücumdur.

Onun sözlərinə görə, ABŞ-ın məqsədi Türkiyəni özündən asılı vəziyyətə salmaqdır: “Bu, necə müttəfiqlikdir?! Ötən həftə də Avropa İttifaqının Türkiyəyə sanksiya tətbiqi məsələsi vardı. Niyə Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alıb? Çünki ABŞ öz əlindəki hava hücumundan müdafiə sistemlərinin satışına icazə vermir. F-35 təyyarələrinin minə yaxın hissəsini Türkiyə istehsal edib ABŞ-a verir. Senatda çıxan əngəllərlə yanaşı, bu sistemləri almaq üçün bizim tələblərimizin heç birini qarşılamayan ABŞ üzərimizə sanksiya silahını çəkdi. Bu bəhanədir. Məqsəd üzüm yemək deyil, bağbanı döyməkdir. Bizi özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Bunu yaydıqları hesabatlarda da büruzə verirlər”.

Türkiyə Prezidenti qeyd edib ki, ölkəsi belə bir halla ilk dəfə rastlaşmır və indiki çətin vəziyyətdən çıxmaq üçün müdafiə sənayesi sistemini daha da gücləndirəcəklər: “Türkiyə 1974-cü ildə də Kipr məsələsində belə bir vəziyyətlə üzləşdi. İndiki müdafiə sənaye sistemimizin gəldiyi vəziyyətin başlanğıcı o vaxtdan qoyuldu. Türkiyə artıq bu cür sanksiyalarla məşğul olub qalmayacaq. Əlbəttə problemlərimiz olacaq, amma hər problem bizə daha başqa çıxış və həll yolları açacaq”.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə, o cümlədən Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirə qarşı sanksiya tətbiq edib. ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, Türkiyəyə qarşı sanksiya Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alındığı üçün tətbiq olunub.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya