USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Vazgen Manukyan: "Bizim nəticələrə qarşı çıxacaq gücümüz artıq sıradan çıxıb"


  • Dünya
  •  17:07 14.12.2020
  •  344
https://img.baki-baku.az/news/2020/12/photo_2120.jpg

"Düzünü desəm, hələ də anlaya bilmirəm ki, nə baş verib. Çünki baş verənlərin nəticələri o qədər dəhşətlidir ki, hətta təsəvvür etmək belə çətindir". Bunu Ermənistanın Milli Demokratik Birlik Partiyasının sədri Vazgen Manukyan bu gün ziyalıların təmsilçiləri ilə görüşündə deyib. 

V.Manukyan bildirib ki, rüsvayçı məğlubiyyət onda hiddət doğurur. Çünki bilirəm ki, bunun qarşısını almaq olardı. "Baş verənlər olmaya bilərdi. Hər şeyi bir kənara qoyaq ki, buna 2,5 il ərzində hazırlıq gedirdi. Düzgün siyasət nəticəsində müharibə indi olmaya bilərdi. Sonra olardı. Danışıqlar yarımçıq qoyuldu, rəqibi müharibəyə başlamaq üçün təhrik etdilər. Əgər 2,5 il ərzində az da olsa, ordu ilə məşğul olsaydılar, məğlub olmazdıq. Yekunda isə qəbuledilməz, rüsvayçı saziş imzalandı ki, biz onu poza bilmərik. Çünki bizim nəticələrə qarşı çıxacaq gücümüz artıq sıradan çıxıb", - deyə V.Manukyan vurğulayıb. 

Qeyd edək ki, V.Manukyan 1988-ci ildə yaradılmış Qarabağ Komitəsinin koordinatoru olmuşdu. O, bölgədə erməni təxribatlarının başlıca ideoloqlarından sayılır. Ermənistan müstəqillik qazandıqdan sonra ölkənin ilk baş naziri postunu tutmuşdu. Manukyan həmçinin müdafiə naziri də olmuşdu. 




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya