- Daxili siyasət
- 09:43 19.09.2024
Koronavirus tədbirləri çərçivəsində Türkiyənin daha səkkiz vilayətində yaşı 65-dən yuxarı olan vətəndaşlar üçün yeni qadağaların tətbiqinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bununla da ölkədə COVID-19-la bağlı qadağaların tətbiq edildiyi şəhərlərin sayı 30-a çatıb. Bu tədbirlər çərçivəsində yaşı 65-dən yuxarı və xroniki xəstəlikləri olan vətəndaşların günün müəyyən saatlarında ictimai-iaşə obyektlərinə daxil olmasına icazə verilməyəcək.
Bundan əlavə qabaqlayıcı tədbirlər çərçivəsində ölkənin bəzi bölgələrində maska taxmaq məcburiyyəti, park, küçə və prospektlərdə yemək-içmək qadağan edilib.