USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rusiyada eks-prezidentlər ömürlük senator təyin ediləcək və toxunulmazlıqları təmin olunacaq - QANUN


  • Dünya
  •  15:10 09.12.2020
  •  383
https://img.baki-baku.az/news/2020/12/photo_2075.jpg

Rusiyada eks-prezidentlərin ömürlük senator təyin edilməsi haqqında qanun qəbul olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dövlət Dumasının bu gün keçirilən plenar iclasında Federasiya Şurasının formalaşdırılması qaydası haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Eks-prezidentin səlahiyyət müddəti başa çatandan sonra ömrünün sonunadək senator olmasına imkan verən qanun layihəsi qəbul olunub.

Rusiya Federal Məclisi Federasiya Şurasının formalaşdırılması qaydası haqqında qanunun redaksiyasının müəllifi prezident Vladimir Putin olub. Qanun layihəsi konstitusiyaya düzəlişlər çərçivəsində təqdim olunub. Qanuna təklif olunan yeniliklərə görə, Federasiya Şurası senatorlardan təşkil olunur. Palataların tərkibinə Rusiya Federasiyasının hər subyektindən iki nümayəndə daxil olur - onlardan biri qanunvericilik, digəri isə icra hakimiyyəti orqanlarını təmsil edir. Prezidentsə səlahiyyət müddəti başa çatan kimi ömürlük senator təyin olunur.

Bundan başqa, Dövlət Duması keçmiş prezidentin və onun ailəsinin toxunulmazlığı haqqında qanun layihəsini də qəbul edib. Qanun layihəsinə görə, səlahiyyət müddəti başa çatmış Rusiya Prezidenti toxunulmazlıq qazanır, onu cinayət və inzibati məsuliyyətə cəlb etmək, eləcə də saxlamaq, həbs etmək və dindirmək olmaz. Keçmiş prezidentin toxunulmazlığı onun yaşadığı evə və xidməti məkanına, habelə istifadə etdiyi nəqliyyat, rabitə vasitələrinə, sənədlərə, yükə və yazışmalarına da şamil olunur.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Dünya