USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanın baş keşişi - katalikos II Qaregin də Paşinyanı istefaya çağırdı


  • Dünya
  •  13:41 08.12.2020
  •  311
https://img.baki-baku.az/news/2020/12/photo_2055.jpg

Bütün Ermənistanın katalikosu II Qaregin ölkənin baş naziri Nikol Paşinyanı istefaya səsləyib. "Baki-Baku.az" "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, katalikos parlamenti ictimaiyyətin çağırışlarına səs verməyə, yeni baş nazir seçməyə, yeni hökumət formalaşdırmağa çağırıb. 

II Qaregin bildirib ki, Qarabağ müharibəsindən sonra xalq ağrı və itkilərin acısını çəkir. Çoxsaylı ölümlər və Qarabağın əhəmiyyətli hissəsinin itirilməsi milli birlik və həmrəyliyi pozub. O, buna görə və vəziyyətin get-gedə gərginləşdiyini nəzərə alaraq, dini birliklərin rəhbərləri ilə, həmçinin Ermənistanın prezidenti, parlamentin sədri və ölkənin siyasi qüvvələrinin təmsilçiləri ilə müzakirələr apardığını bildirib.  

"Vəziyyətin gərginliyindən narahatlıq keçirərək biz baş nazir Nikol Paşinyanla da görüşdük. Cəmiyyətdə gərginliyin artması, daxili və xarici tələbləri, eyni zamanda baş nazirə olan ictimai inamın azalması ilə əlaqədar olaraq onu səlahiyyətlərini təhfil verməyə, faciəli durumlardan, qarşıdurmalar çəkinməyə çağırdıq", - deyə Ermənistanın baş din xadimi vurğulayıb. 




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya