USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan parlamenti Azərbaycanında olan hərbi əsir və girovlarla bağlı məsələnin müzakirəsində çətinlik çəkib - QALMAQAL


  • Dünya
  •  11:36 08.12.2020
  •  305
https://img.baki-baku.az/news/2020/12/photo_2051.jpg?v=MjAyMC0xMi0wOCAxMjoyNTozNQ==

Ermənistan parlamentinin hakim "Mənim addımım" bloku ali qanunverici orqanın bu gün keçirilmiş iclasında 20 dəqiqəlik fasilə götürüb. "Baki-Baku.az" erməni mediasına istinadən xəbər verir ki, bu, iclasda Azərbaycanda olan erməni hərbi əsirlərinin və girovlarının geri qaytarılması ilə bağlı məsələnin müzakirəsindən əvvəl olub.

Müzakirə isə parlamentin müxalifətçi deputatlarının təklifi ilə gündəliyə daxil edilib. Hakim "Mənim addımım" bloku isə təklif edib ki, məsələyə qapalı rejimdə baxılsın. Həm sözügedən blokun parlament fraksiyasının rəhbəri Lilit Makunç, həm də parlamentin vitse-spikeri Alen Simonyan qapalı müzakirənin vacibliyini hərbi əsir və girovların ziyan görməməsi baxımdan əsaslandırıblar.

Bununla belə "İşıqlı Ermənistan" partiyasının şəxsində parlament müxalifəti məsələnin açıq müzakirəsində inad göstəriblər. Pariyanın rəhbəri Edmon Marukyan bildirib ki, hakim blokun təmsilçiləri dəfələrlə məsələyə maneçilik törədiblər. İstəyiblər ki, bu mövzuda diskussiya aparılmasın və onu pozublar. Ancaq görəndə ki, maneçilik törətmək artıq mümkün deyil, təklif edirlər ki, müzakirə qapalı olsun. Bu isə yolverilməzdir. 

Qeyd edək ki, parlamentin "Çiçəklənən Ermənistan" partiyasından olan deputatları ali qanunverici orqanın iclasını boykot etmək qərarı veriblər.  

Yekunda "Mənim addımım" məsələnin yalnız qapalı rejimdə müzakirsinə razılıq verib.  




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya