USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Tramp 46 dəqiqəlik müraciətdə ABŞ-ın seçki sisteminə azı 46 "bomba qoydu" - "Bu, milli rüsvayçılıqdır"


  • Dünya
  •  11:06 03.12.2020
  •  349
https://img.baki-baku.az/news/2020/12/photo_1992.jpg

ABŞ prezidenti Donald Tramp özünün facebook səhifəsində yaydığı 46 dəqiqəlik video müraciətdə ölkədə keçirilmiş və onun qələbəsi ilə başa çatmamış prezident seçkilərində çoxsaylı qanun pozuntularının və saxtakarlıqların baş verdiyini bildirib. "Baki-Baku.az" xəbər verir ki, Tramp bununla mübarizəyə davam edəcəyinə söz verib, səslərin düzgün hesablanmasına nail olacağını deyib. 

Prezidentin sözlərinə görə, Demokratlar Partiyasının üzərində dayandıqları poçt vasitəsilə səsvermə indiyədək görünməmiş saxtakarlıqlara səbəb olub. "Mən poçt vasitəsilə səsvemənin korrupsiyalaşmış sxemindən söz açmaq istəyirəm. Bunu demokratlar sistemli şəkildə tətbiq edirlər və bu, xüsusən də insanların sıx yaşadıqları ştatlarda səsləri dəyişdirməyə şərait yaradır. Onsuz da əvvəldən məlumdur ki, demokratların siyasi maşınları seçkilərdə dələduzluqla məşğuldur. Bu, çoxlu sayda bülleten çap etməyə və onu naməlum şəxslər tərəfindən göndərməyə imkan verir. Özü də heç bir müdadiə təminatı olmadan. Bu vəziyyət seçkidə görünməmiş saxtakarlıq doğurur", - deyə Birləşmiş Ştatların hazırda fəaliyyətdə olan prezidenti vurğulayıb və əlavə edib ki, əgər dedikləri qanunla təsdiqini tapsa, Cosef Bayden ölkənin növbəti dövlət başçısı olmayacaq. 

Tramp ancaq ədalətli seçkilərin nəticələrini tanıyacağını dilə gətirib. "Bu seçkilərdə indiyədək olmayan dələduzluq həyata keçirilib. Müşahidəçilər seçkini izləməyə imkan verməyiblər. Bu, qanunsuzdur. Seçki saxtakarlaşdırılıb. Hamı bunu bilir. Seçkini uduzsam, etiraz etmərəm. Ancaq mən ədalətli seçkidə uduzmaq istəyərəm. Mən istəmərəm ki, seçkini amerikalılardan oğurlasınlar. Biz bunun uğrunda mübarizə aparırıq. Başqa çıxış yolumuz yoxdur. Faktlarımız var. Kütləvi informasiya vasitələrindən, hətta məhkəmələrdən çoxu bunu qəbul etmək istəmir. Ancaq bilirlər ki, doğrudur. Onlar seçkini kimin udduğunu bilirlər. Qələbəmizi etiraf etmək istəmirlər. Yekunda mən istənilən ədalətli nəticəni qəbul edəcəm. Güman edirəm ki, Cozef Bayden də. On minlərlə səs var ki, ayrı-ayrı ştatlarda seçkinin nəticəsini dəyişə bilər", - deyə Tramp bildirib. 

Respublikaçılar Partiyasının namizədinin onu da deyib ki, özünə məxsus komanda son həftələrdə seçkinin nəticələrini dəyişdirəcək kifayət qədər sübutlar toplayıb: "Bəziləri deyirlər ki, seçkinin nəticələrini dəyişdirmək artıq gecdir. Əlbəttə, əsl qalibi müəyyənləşdirmək və onu sertifikatlaşdırmaq üçün çox zamana ehtiyac var. Heç kəsə imkan verməyin ki, sizin seçiminizi oğurlasın". 

ABŞ-ın hazırda fəaliyyətdə olan prezidentinin bildirdiyinə görə, Arizona, Corciya, Miçiqan, Nevada və Pensilvaniya kimi ştatlarda şəxsiyyət vəsiqəsi təqdim etmədən vaxtından əvvəl səs vermək mümkün olub. "Amerikalıların çoxu heç bir ştatda səsvermədən öncə şəxsiyyət vəsiqəsinin təqdim edilmədiyindən şoka düşəcəklər. Bu, milli rüsvayçılıqdır", - deyən Tramp vurğulayıb ki, məsələ heç də onda deyil ki, kim növbəti prezident olacaq. Əsas məsələ seçkiyə inamı və etibarı geri qaytarmaqdır.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Dünya