USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan parlamentinin deputatı - Əliyev onun sözünü ciddi qəbul edərmi?


  • Dünya
  •  17:25 30.11.2020
  •  294
https://img.baki-baku.az/news/2020/11/photo_1941.jpg

"Gəlin, təmiz tanışaq. Sizin övladlarınızın - hərbi əsirlərin geri qayıtması üçün Əliyevlə (Azərbaycan prezidenti İlham Əliyev nəzərdə tutulur) danışmaq lazımdır. Siz bunu necə təsəvvür edirsiniz? Belə bir adam (Ermənistanın baş naziri Nikol Paşinyan nəzərdə tutlur), bu cür vəziyyətdə Əliyevlə danışa bilərmi? Yaxud Əliyev onun sözünü ciddi qəbul edərmi? Sizin övladlarınızın geri qayıtması üçün danışıq aparacaq yeni adam lazımdır. O zaman bizdə onların geri qayıtmaları üçün şans yaranar". "Baki-Baku.az" xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan" Partiyasından olan deputatı Naira Zöhrabyan Qarabağ müharibəsində itkin düşmüş əsgərlərin valideynlərinin etirazlarına münasibət bildirərkən deyib. 

N.Zöhranbyan dünən Nikol Paşinyanın növbəti dəfə əsgər valideynlərini şantaj etdiyini deyib. "O, açıqca deyir ki, məni hakimiyyətdə saxlayın ki, övladınızı qaytarım. Düşünmək olmaz ki, Ermənistanın indiki hakimiyyəti hərbi əsirləri geri qaytara bilər. Çünki Ermənistanda hakimiyyət ümumiyyətlə yoxdur. Yalnız baş nazir Nikol Paşinyan var. O da facebook-da oturub memuarlar yazmaqla məşğuldur" , - deyə deputat vurğulayıb. 




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Dünya