USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan əsirlərin dəyişdirilməsinə süni maneə yaradır? - Ermənistanın vitse-spikeri belə iddia edir


  • Dünya
  •  14:38 30.11.2020
  •  291
https://img.baki-baku.az/news/2020/11/photo_1934.jpg

Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının iclasındakı çıxışında Azərbaycanın hərbi əsirlərin və digər saxlanılmış şəxslərin dəyişdirilməsindən süni şəkildə yayındığını deyib. "Baki-Baku.az" xəbər verir ki, bununla bağlı məlumatı "RİA Novosti" yayıb. 

Məlumatda bildirilir ki, erməni parlamentari Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatına diqqət çəkib və qeyd edib ki, sənədin səkkizinci maddəsində hərbi əsrilərin və digər saxlanılmış şəxslərin dəyişdirilməsi əksini tapıb. "Bu proses sazişin imzalandığı ilk gündən başlamalı idi. Ancaq biz təəssüf hissi ilə bildiririk ki, Azərbaycan süni şəkildə prosesin başlanmasını uzadır", - deyən Simonyan KTMT üzvlərindən bu məsələdə kömək göstərməyi xahiş edib. O, Rusiyanın məsələyə təsir göstərməsini  zəruriliyindən də söz açıb. 




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Dünya