USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sandu bir daha dedi: Rusiya qoşunu Dnestryanıdan çıxmalıdır - Kremldən cavab gəldi


  • Dünya
  •  14:05 30.11.2020
  •  324
https://img.baki-baku.az/news/2020/11/photo_1933.jpg?v=MjAyMC0xMS0zMCAxNDozNTowNQ==

"Dnestryanıdan Rusiya hərbçiləri çıxmalıdır". "Baki-Baku.az" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu bu gün dövlət başçısı seçildikdən sonra keçirdiyi ilk mətbuat konfransında bir daha deyib. "Dnestryanıda Rusiyanın operativ qrupu var və bununla bağlı Moldova ilə heç bir saziş olmayıb. Buna görə də dövlətin mövqeyi budur ki, hərbçilər çıxmalı, silahlar da Moldova ərazisindən çıxmalıdır", - deyən Sandu əlavə edib ki,  məsələni Moskva ilə müzakirə etmək niyyətindədir. O, həmçinin regiondakı sülhməramlı missiyanı mülki missiya ilə dəyişdirməyin vacibliyini vurğulayıb: "Keçən il Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkəmizə gəlmişdi. O demişdi ki, Rusiya silahların utilizasiyasına hazırdır. Dnestryanıda artıq çoxdandır hərbi əməliyyat təhlükəsi yoxdur. Buna görə də oradakı hərmi missiyanı ATƏT-in egidası altında mülkü missiyaya çevirmək lazımdır. Bu, Moldovanın mövqeyidir".

Moldova prezidenti mətbuat konfransında həmçinin bildirib ki, Moldova Rusiya ilə yaxşı əlaqələrin yaranmasının tərəfdarıdır. Bu baxımdan o, ixracın bərpasını və Rusiyada çalışan Moldova vətəndaşlarına qayğı göstərilməsini önə çəkib. 

Məsələyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da münasibət bildirib. O deyib ki, status-kvonun dəyişməsi Dnestraynıda vəziyyətin destabilləşməsinə gətirib çıxara bilər. "Rusiya çox vacib funsiya yerinə yetirir. Beynəlxalq hüquq ruhu ilə status-kvonun dəyişdirilməsi ciddi destabilləşməyə gətirə bilər. Hesab edirik ki, müzakirə olunmalı, tələsik qərar verilməməlidir", - deyə Peskov fikrinə aydınlıq gətirib. 

Qeyd edək ki, Sandu "Yevropeyskaya pravda" nəşrinə müsahibəsində də Dnestryanı münaqişənin həlli üçün ərazidəki rus qoşunlarının oaradan çıxarılmasının vacibliyindən söz açmışdı.

Tanınmamış Dnestryanı Respublikanın rəhbəri İqor Dodon dövlət başçısının mövqeyini səhv adlandırmışdı. 

Öz növbəsində Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova da bildirmişdi ki, Moldova prezidentinin mövqeyi bölgədə sülh prosesini pozmaqdır. 

 




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Dünya