USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan sandıq açıb pambıq tökməklə məşğuldur "O zaman Putinə nə cavab verim?"


  • Dünya
  •  11:39 30.11.2020
  •  294
https://img.baki-baku.az/news/2020/11/photo_1929.jpg

"Qarabağın ikinci və üçüncü prezidentləri Arkadi Qukasyan və Bako Saakyan oktyabrın 20-də müharibə zamanı milli həmrəylik və birliyin əlaməti kimi Ermənistanın və Qarabağın indiki və keçmiş liderlərinin görüşünün keçirilməsini təklif etmişdilər". "Baki-Baku.az" erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan özünün facebook səhifəsində yazıb və Ermənistanın eks-prezidentləri Levon Ter-Petrosyanın və Robert Koçaryanın Moskvaya həmin ərəfədə gerçəkləşdiriləcəyi səfərinə dair öz versiyasını irəli sürüb. 

"Bir sıra müzakirələrdən sonra mən buna razı olmuşdum. Lakin Arkadi Qukasyan və Bako Saakyan bildirdilər ki, bu məsələdə bir incəlik var. Levon Ter-Petrosyan və Robert Koçaryan Moskvaya getmək və orada yüksək səviyyədə görüşlər keçirmək istəyirlər. Bizim görüşümüz isə onlar qayıtdıqdan sonra olmalı, informasiya mübadiləsi xarakteri daşımalı və orada daha geniş miqyaslı müzakirə aparılmalıdır. Mən dedim ki, etiraz etmirəm. Hətta dedim ki, dövlət təyyarəsi təşkil edirəm ki, getsinlər, görüşsünlər və qayıtsınlar. Lakin mənim razılığımdan sonra Qarabağın keçmiş prezidenti başqa məsələ qaldırdı. Onlar dedilər ki, mən vasitəçi kimi çıxış etməliyəm ki, Rusiya prezidenti Vladimir Putin Ter-Petrosyanı və Koçaryanı sosial elçilər kimi qəbul etsin. Mən belə cavab verdim ki, Rusiya prezidenti ilə gündəlik kontaktdayam. Gün olur ki, hətta beş-altı dəfə telefonla danışıram. O, məndən soruşa bilər ki, nə məsələ var ki, sən onu mənə telefonda deyə bilmirsən, elçilər vasitəsilə deyirsən? O zaman mən nə cavab verim?" - deyən Paşinyan başqa variant təklif etdiyini vurğulayıb. 

Ermənistanın baş nazirinin təklif etdiyi digər variant bu olub ki, Ter-Petrosyan və Koçaryan Moskvaya sabiq prezidentlər kimi rəsmi səfər edəcəklər. Onlar Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyevin qonağı olacaqlar. Medvedyev də Rusiya Təhlükəsizlik Şurası sədrinin müavinidir. Səfər çərçivəsində isə Rusiya prezidenti, xarici işlər naziri və digər yüksəkrütbəli şəxslərlə bir növ, nəzakət görüşü baş tutacaq. "Arkadi Qukasyan və Bako Saakyan bu təklifi Ter-Petrosyan və Koçaryanla müzakirə edəcəklərini deyib getdilər. Görünür, təklif etdiyim variant sonuncuları maraqlandırmadı. Belə olan halda onlar məndən nə istəyirlər? Artıq Moskavaya getmək və onlarla görüşmək barədə qərar qəbul ediblər. O zaman məlum oldu ki, məsələ Koçaryanın pasportundadır. Pasport da məhkəmədə idi. Mən dedim ki, məhkəməyə müraciət etsinlər və prokurordan xahiş edərəm ki, pasportun qaytarılmasına maneçilik törətməsin. Belə də oldu. Məhkəmə Koçaryana pasportunu verdi. Ancaq Ter-Petrosyan və Koçaryan Moskvaya getmədilər. 

Qeyd edək ki, həmin vaxt bu söhbətlər meydana çıxanda Erməni Milli Konqressinin sədri Levon Ter-Petrosyanın müavini Levon Zurabyan bildirmişdi ki, Paşinyan eks-prezidentin Moskvada danışıqlar aparması üçün heç bir mandat verməyib. 




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Dünya